"Bayden unudur ki, nə Putin Səddam Hüseyn,  nə də Rusiya İraq deyil"

ABŞ prezidenti Co Bayden Polşaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putin haqqında “Bu adam hakimiyyətdə qalmamalıdır” demişdi, bundan başqa o, Rusiya prezidentini “qəssab” adlandırmışdı.

ABŞ prezidentinin dünya içtimaiyyəti tərəfindən geniş müzakirəyə səbəb olmuş bu fikirlərini necə şərh edərdiniz?

Mövzu ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri, politoloq Azad Məsiyevin  fikirlərini oxuculara təqdim edirik:

- ABŞ prezidenti Co Bayden bu sözləri Rusiya-Ukrayna münaqişəsi fonunda bəyan edir. Xatırlayırsınızsa, Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti  Corc  Buş da səhv etmirəmsə, 2003-ci ildə Səddam Hüseynlə bağlı Baydenin dediklərinə bənzər fikirlər səsləndirmişdi. O, bəyan etmişdi ki, Səddam Hüseyn hakimiyyətdən getməli  və İraqı tərk etməlidir. 

Ancaq Bayden unudur ki, nə Putin Səddam Hüseyn,  nə də Rusiya İraq deyil. Sadəcə, Bayden nə danışdığını bilmir. Dünya ictimaiyyəti gözəl anlayır ki, Rusiya-Ukrayna münaqişəsinin səbəbkarı Birləşmiş Ştatlardır.  Co Bayden bu münaqişənin müəlliflərindəndir və hazırda münaqişəni körükləməklə məşğuldur. Rusiya prezidenti barədə “Bu adam hakimiyyətdə qalmamalıdır”, eləcə də onu “qəssab” adlandırması ara qızışdırma elementidir.

Onu da qeyd edim ki, Baydenin bu fikirləri müttəfiqləri Fransa və İngiltərə rəhbərləri tərəfindən də pislənmişdir. ABŞ Rusiya-Ukrayna münaqişəsinin dayandırılmasına birbaşa mane olur. Bildiyiniz kimi bu münaqişənin dayanması üçün Türkiyə Prezidenti Ərdoğanın sülh təşəbbüsü, münaqişənin dayanması üçün tərəfləri  danışıqlar masasına dəvət etməsi, bu istiqamətdəki fəaliyyəti dünya içtimaiyyəti tərəfindən alqışlanmaqdadır. Ərdoğanın bu təşəbbüsünə  mane olmaq üçün ABŞ-ın Türkiyə tərəfindən S-400 raket sistemini Ukraynaya verilməsini tələb etməsi bir faktdır. ABŞ hər vəchlə Türkiyə və Rusiya arasına nifaq salmaq niyyətindədir.

S-400 raket sisteminin Ukraynaya verilməsini tələb etməsinin arxasında çirkin niyyətinin olması sirr deyil. Əgər Türkiyə tərəfi ABŞ-ın bu çağrışına müsbət cavab versəydi, yəni S-400 raket sistemlərini Ukraynaya versəydi, bu halda Rusiya-Türkiyə arasında soyuqluq yaranardı və bu da ABŞ–ın çirkin maraqlarına uyğun olardı. Belə olan təqdirdə isə Ərdoğanın sülh təşəbbüsünə kölgə düşərdi.

DİNLƏDİ: JASMİN

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA