booked.netbooked.net booked.net  

 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri Azad Məsiyevin fikirlərini “Təzadlar”ın  oxucularına təqdim edirik:

-Bu yaxınlarda ABŞ prezidenti Co Bayden Amerika Dövlətlərinin Sammitinin rəsmi açılış mərasimində deyib ki, Putinin Ukraynaya qarşı apardığı amansız müharibə ilə qlobal inflyasiya təzyiqləri daha da pisləşdi. Daha sonra bildirib ki, ölkəsinə qaçqın axınınının artmasına səbəb Rusiya prezidentidir. Siz necə hesab edirsiniz, Bayden bu fikirlərində nə dərəcədə haqlıdır?

- Bütün dünya bilir ki, bu gün Ukraynada baş verənlərin səbəbkarı Birləşmiş Ştatlardır, məhz Baydendir. Buna aydınlıq gətirmək üçün keçmişə qayıdaq. 2010-cu ildə Ukraynada Yuşenkonun rəhbərliyi dövründə seçki keçirildi. Yuşenko Qərbin və ABŞ-ın dəstəklədiyi şəxs idi. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə Yanukoviç demokratik yolla qalib gələrək Ukraynanın 4-cü prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdı. Hakimiyyəti dövründə Yanukoviç balanslaşdırıcı siyasəst həyata keçirirdi, Ukraynada nə vətəndaş müharibəsi vardı, nə Krımı itirmişdilər, nə də bugünkü Ukrayna-Rusiya münaqişəsi vardı. 2014-cü ildə ABŞ Ukraynada dövlət çevrilişi həyata keçirdi və öz adamlarını hakimiyyətə gətirməklə dövləti klonlaşdırdı, beləliklə, Ukrayna ABŞ tərəfindən işğal edildi.  Həmin dövrdə Birləşmiş Ştatlarda vitse-prezident findiki  prezident Co Bayden icra edirdi. 

Hakimiyyətə gələn radikal millətçilər Hitler faşiziminin ideologiyası üzərində kökləndi və bu siyasət dövlət siyasəti halını aldı. Ukraynada yaşayan ruslara və rusdilli sakinlərə qarşı aqressiv davranış başladı. Ukrayna ABŞ tərəfindən işğal edildikdən sonra Baydenin oğlu Hanter Bayden Ukraynada geniş biznes fəaliyyətinə başladı. Bayden ailəsi Ukraynaya, sanki şəxsi mülkiyyəti kimi baxır, ondan alət kimi istifadə edirdilər.

-Bəlkə həmin dövrdən başlayaraq Rusiya bütün bunların qarşısını almağa yönəli daha fərqli siyasət yeritsəydi...

-Bilirsiniz, Rusiya hakimiyyəti buna bütün vasitələrlə çalışırdı... ABŞ dövləti prezident Baydenin rəhbərliyi ilə Rusiya-Ukrayna münaqişəsinin baş verməsi üçün 24 fevral 2022-ci il tarixə kimi siyasi təxribatlar həyata keçirirdi. Həmin dövrdə Rusiya prezidentinin müraciətlərinə məhəl qoyulmurdu, ABŞ-ın və NATO blokunun bütün fəaliyyəti Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq anlamı yaradırdı. Təbii olaraq Rusiya dövləti də özünü qorumalı, eyni zamanda öz varlığını ABŞ və Ukrayna rəhbərliyinə göstərməli idi. Rusiya-Ukrayna münasibətləri ABŞ tərəfindən elə senariləşdirilmişdi ki, müharibənin baş verməsi də ABŞ-ın maraqlarına uyğun idi, baş verməməsi də. Belə ki, münaqişə baş verməsəydi, bu halda Ukrayna NATO blokuna daxil ediləcəkdi ki, bu da Rusiya üçün daha təhlükəli olardı. Amerkanın düşünən beyin mərkəzləri tərəfindən ABŞ-ın imperatorluğunu qorumaq və genişləndirmək üçün çoxşaxəli siyasi, hərbi və iqtisadi planı işə salındı. Bununla da Rusiya-Ukrayna münaqişəsinin baş verməsi ABŞ-a strateji planlarını həyata keçirməyə imkan verirdi. Unutmayın ki, ABŞ siyasi baxımdan Avropa Birliyini öz təsiri altında saxlamaq, hərbi baxımdan NATO blokunu qorumaq və genişləndirmək, ABŞ imperiyasının genişlənməsinə mane olan Rusiyanı parçalamaq kimi strateji planlari ilə yanaşı, milli valyutası olan dollara mane olan AB-nin valyutası olan avronu sıradan çıxarmalı idi.

-ABŞ Rusiya-Ukrayna münaqişəsini başlatmaqla sadaladığınız planlarına qismən nail olmaq istəyirdi və...

-Tamamilə doğrudur. Belə ki, AB daxil olan dövlətlərdə Rusiya xofu yaratmaqla bu birliyin bir daha ABŞ-ın tabeliyində olmasını əldə etdi, eyni zamanda Rusiyaya tətbiq edilən sanksiyalar dünyada illərlə yaradılmış sabit iqtisadi sistemi pozdu, bunun nəticəsində də ABŞ dolları imperatorluğunu qorumaqdadır. Baydenin Amerika Dövlətləri Sammitinin rəsmi açılış mərasimində Putinin Ukraynaya qarşı apardığı amansız müharibə ilə qlobal inflyasiya təzyiqlərinin daha da pisləşməsi və buna səbəb kimi Rusiya prezidentini ittiham etməsi barədə fikirləri bir daha dünya ictimayətini aldatmaq idi. Dünyada qida böhranının yaranması, iqtisadiyyatda və siyasətdə yaranan xaosun səbəbkarı ABŞ və prezident Baydendir. ABŞ-ın maliyyə naziri Canet Yellen də  deyib ki, Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ABŞ bazarında ərzaq və yanacaq qiymətlərinin artmasına səbəb olub. Əgər 2014-cü ildə ABŞ Ukraynada dövlət çevirilişi etməsəydi, yəni Ukrayna ABŞ tərəfindən işğal edilməsəydi, bilin ki, bu gün dünyada sosial-siyasi, hərbi, iqtisadi... həyat əvvəlki kimi öz axarında davam edəcəkdi... Amma təəssüflər olsun ki, vəziyyət bildiyiniz kimidir, gərginlik artmaqdadır...

A.Məmmədli 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN