booked.netbooked.net booked.net  

Rusiyanın gözü isə ona zillənən baxışlarda..

Ukraynada müharibə başladı...

Xarkovda qızğın döyüşlər gedir...

Dinc əhali qətlə yetirilir...

Rusiya qoşunları yaşayış binalarını partladıb...

 Artıq bir neçə gündür ki, dünya mətbuatı öz manşetlərini Ukraynadakı müharibə xəbərləri ilə gündəmə gətirirlər. Və hər kəs özünə sərf edən tərzdə xəbərləri şərh edir. Sanki Ukraynanın yarasıyla, dərdiylə özlərinə xal qazanmaq, oxucu kütləsi cəlb etmək  yaxud da özünü vətənpərvər kimi göstərməyə çalışırlar. Hətta narahatçılığımıza kölgə salmaq istəyənlər, həyəcanımızın kölgəsində təxribat axtaranlar da oldu...Və bu da təbii ki, hər kəsin öz düşüncəsindən asılı olan bir amildi... Bəs, görəsən BİZ bu haqda nə düşünürük? BİZ Rusiyanı sevirikmi və ya sevməliyikmi? Bu gün dinc əhalinin üzərinə tank sürən rus ordusunun əsgərlərinin hərəkəti bizi təəccübləndirməz hər halda. Çünki biz bunu 1990-cı ildə soyuq bir qış günündə görmüşük və yaşamışıq. Bzi  rus tanklarının tırtılları altında əzilən xalqın nümayəndələriyik. Bizə də torpaq sevgimiz sonu VƏTƏN MÜHARİBƏSİ ilə nəticələnən bir müharibəni görməyə səbəb olmuşdu. O Qanlı 20 yanvar gecəsi və ona qədərki dönəm bu günki gün kimi yadımdadır. Əliyalın millətin xəbərdarlıq olmasına baxmayaraq meydandan çəkilməməsi, tankların qarşısına canlı sipər çəkməkləri indiyə qədər yadımdadır. Bu gün Ukraynanın timsalında biz 1990-cı ildəki Azərbaycanı görürük, desəm yəqin ki, yanılmaram...

RUSİYA ORDUSUNU GERİ ÇƏKMİR... UKRAYNA İSƏ MƏĞLUB OLMUR...

 Rusiyanın bu gün Ukraynadan fərqi LİDERlərində və İSTƏKLƏRindədir. Beləki, Rusiya lideri uzun stollarda oturub əmrlər verməklə, Ukrayna lideri isə əlində silah səngərdə əsgərləri  ilə çiyin-çiyinə vuruşur. Sabah məğlub olsa da heç kim onu qınamayacaq. Çünki vuruşaraq məğlub olmaq, gizlənərək məğlub olmaqdan şərəflidir. Bu gün Putinin Ukraynaya uzanan əli başda Zelenski olmaqla bütün ukraynalıların doğma Ukraynaya daha əzmlə bağlanmasına səbəb oldu. Vətən darda olanda daha qiymətli, daha əziz, daha müqəddəs olur. Və biz bunu öz Qarabağımızda gördüyümüz kimi bu gün də Ukraynada görürük. Körpə uşaqları ilə zirzəmiyə yerləşən vətəndaşlar, biz heç yana getmək istəmirik, lazım olsa öləcəyik amma heç yana getməyəcəyik deyirlər. Rusiya səhv etdiyini bəlkə də anlayıb amma inadından geri dönmür. Lakin Ukrayna da itkilər verməyinə baxmayaraq öz haqq yolundan geri qayıtmır. 

 RUS ORDUSU DİNC ƏHALİNİ ATƏŞƏ TUTUR...

 Bu gün iş saatının sonunda  Ukraynanın xəbər saytlarından birində Sinegubov soyadlı region rəhbərinin açıqlamasını oxudum. O, deyirdi ki, Ukraynada soyqırımı döyüşləri gedir. Rus qoşunları dinc əhalini aətəşə tutur, onlar aptekə, su və yemək dalınca gedərkən qətlə yetirilirlər, bu isə günahdır. Lakin bütün bunlara baxmayaraq Ukrayna xalqı böyük ruh yüksəkliyi ilə bu müharibədə səfərbər olub. Yaşayış məntəqələri atəşə tutulur, sakinlər harda gəldi qətlə yetirilir. Vəziyyət olduqca gərgindir. Demək olar ki, sakinlərin ərzaq və digər ehtiyyatları tükənib. İnsanlar qorunmaq üçün təhlükəsiz yerlər axtarır, sığınacaqlar da ancaq zirzəmi və metrolar olduğu üçün çox əlverişsizdi. Havalarən soyuq keçməsi də vəziyyəti daha da çətinləşdirir. Bəlkə də isti aylar olsa vəziyyət bir az başqa cür olardı, amma soyuq aylarda tələbat daha çox olur. Məsələn qalın və isti paltarlara, isti yeməklərə, yataq dəstlərinə daha çox ehtiyac var indi. Düzdür, artıq yardımlar göndərilir. Hətta dünən Azərbaycanda Ukraynaya dəstək yardım aksiyası keçirildi. Hər kəs imkan daxilində yardım gətirmişdi. Amma iş ondadır ki, bu yardımı da çatdırmaq çətindir. Çünki rus ordusunun hərbiçiləri küçədə hər kəsi atəşə tutur. Məhz buna görə də sakinlər bir tərəfdən müharibənin xofuyla, bir tərəfdən soyuqla,bir tərəfdən də aclıqla mübarizə aparmalı olublar. Bu isə vəziyyəti daha da ağırlaşdırır.

RUSİYAYA AMİN DEYİLMƏYƏCƏK DUA YAXUD  BAŞ TUTMAYAN DANIŞIQLAR...

 Bu gün hər kəs o danışığı gözləyirdi. Əvvəlcə vaxtı uzatdılar. Və bu əslində işin alınmayacağına bir işarə idi. Bəhanə isə gülməli idi... Guya tərcüməçi tapılmırdı.. Görəsən özləri inandımı bu yalana?! Əlbəttə yox. Bəlkə də bu danışıqlardan imtina  etmək idi...Kİ, bununda sonu olmadı. Putinin qoyduğu şərtlər Ukrayna xalqı tərəfdən qəbul edilə bilməzdi. Çünki bu şərtlərin hamısı Rusiyanın maraqlarını güdürdü. Əgər Zelenski bu 3 şərti qəbul etsəydi onda bu günki müharibə nəyə lazım idi, bu günki mübarizə nəyə gərək idi?! Məhz buna görə şərtlər heç bir halda qəbul oluna bilməzdi...

 RUSİYAYA GECİKMİŞ TƏSİR və ya UKRAYNAYA GECİKMİŞ DƏSTƏK

Bu gün bir çox dövlətlərdən Rusiyaya qarşı sanksiyalar, qadağalar tətbiq olunur. Lakin artıq Rusiya üçün bunların heç bir mənası yoxdu. Əslində var, amma hələlik yoxdu. Yoxdur ona görə ki, artıq Rusiya öz qonşusuna qarşı müharibəyə başlayıb. İndi kinsə qadağasını, sanksiyasını fikirləşəcək durumda deyilş Bu dəqiqə onu EUROVİSİON yarışmasından çox Ukraynaya sahib olmaq arzusu və müharibədə qalib olmaq arzusu maraqlandırır. var ona görə ki, gec tez bu müharibə sona çatacaq və onda Putin nələri itirdiyinin fərqinə varacaq. Amma bəlkə də Putin bu müharibə haqda xəbərdarlıq edəndə gərək ona bu sanksiyalar haqqında məlumat veriləydi. Bəlkə heç indi bu müharibə də olmayacaqdı. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar əslində çox ciddi mahiyyət kəsb edir. Məhz bu səbəbdən mənim fikrimcə bu günki qadağaların hələlik məhz bu gün üçün heç bir mənası yoxdu.

  AZƏRBAYCAN VƏTƏNDAŞLARI ÇARƏSİZ DURUMDA

Bu gün müzakirə olunan mövzulardan biri də azərbaycanlıların təxliyyəsidir. Dünəndən azərbaycanlı tələbənin qətlə yetirilərək küçədə qalması və meyidnin götürülmədiyi haqda məlumat verilib. Hətta bir neçə nəfər soydaşımızın da həlak olduğu bildirilib. Qeyd edək ki, Ukrayna Universitetlərində xeyli sayda tələbələrimiz təhsil alır və eyni zamanda azərbaycanlılar işləyir, yaşayır. Dövlət olaraq onların qeydinə qalmaq, təhlükəsizliyini təmin etmək Azərbaycanın üzərindədir. lakin bu gün vəziyyət təsəvvürümüzə gətirəcəyimizdən daha ağırdır. Deyilənə görə bəzi dövlətlər öz vətəndaşlarını artıq təxliyyə ediblər. Təbii ki, Ukraynada yaşayanların doğmaları da bu gün Azərbaycan tərəfindən olunacaq təxliyyəni gözləyirlər. Çünki vəziyyətin belə davam etməsi Azərbaycan tərəfin itkilərinin daha çox olmasına səbəb ola bilər. İtkilərin az olması üçün heç olmasa uşaqların, yaşlıların, hamilə qadınların təxliyyə olmasına ehtiyac duyulur. 

 ALQIŞLANAN ZELENSKİ...LƏNƏTLƏNƏN PUTİN...

 Bu günki müharibə iki xalq arasında olan bir torpaq savaşıdır, dövlət savaşıdır. Və bu dövlətin lderləri bu gün ən çox öz xalqının, millətinin sevgisinə ehtiyac duyur. əslində Putinin syasətə gəlişi bəlkə də Zelenskinin yaşı qədər olar, yəni Putin siyasətin içində bişib, amma Zelenski o qədər də təcrübəli deyil. Lakin indi bu iki lider arasında qəribə təzad yaşanır. Beləki, siyasətdə bişmiş lider Putin bu gün xalqının nifrətinə, peşəkar olmayan lider Zelenski isə xalqının qəhrəmanına çevrilib. Sosial şəbəkələrdə rusların bu müharibəyə kütləvi etiraz etdiklərini görürük. Hətta BU RUSLARIN YOX, PUTİNİN MÜHARİBƏSİDİR şüarları səsləndirən kütlə etiraz aksiyaları keçirirlər...

 Sevinc MURADXANLI

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN