booked.netbooked.net booked.net  

R.T.Ərdoğan: “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq”

İyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları, demək olar ki,  bütün dünyanın diqqət mərkəzindədir. Onsuz da Türkiyənin, xüsusi ilə də Prezident Rəcəb Tayyib Ərdoğanın son illərdə apardığı uğurlu xarici siyasət, qardaş ölkənin Suriyada, Liviyada, Misirdə, İraqda, Əfqanıstanda sabitliyin qorunmasındakı xidməti, həmçinin Qarabağ torpaqlarının işğaldan azad olunmasında göstərdiyi fədakarlığı dünyanın diqqət mərkəzində idi. Bir çox xristian Avropa dövlətləri isə müsəlman ölkəsi kimi Türkiyənin dünyada artan nüfuzunu həzm edə bilmirlər. Ona görə də bir çox terror təşkilatlarını yemləyib, zaman-zaman Türkiyənin üstünə hürdürürlər. Elə bu yanğınları da PKK terror təşkilatının törətdiyi artıq sübut olunub. Əlbəttə, bu hadisələr, ağalarına xoş gəlmək üçün qardaşlarımızın üstünə edilən bu diş qıcamalar, hürüşmələr Türkiyənin heç vecinə də deyil. Necə deyərlər, “İt hürər, karvan keçər”.

Həmin bu teror təşkilatlarını yemələyən, əslində isə özlərini demokratiyanın carçısı adlandıran Avropa dövlətləri Türkiyənin Avropaya yürüşünü dayandırmaq üçün yanğın yolunu seçdilər. Terror təşkilatları özləri də etiraf edirlər ki, Türkiyəni başqa cür dayandırmaq mümkün deyil. Amma ustad şairimiz Məmməd Araz demiş, “ağlı gödəninə calaq” olan bu “başbilənlər” daha fikirləşmirlər ki, belə məsələlərlə Türkiyənin Avropada və dünyada artan nüfuzunu, mehmetciklərin eşidilən addım səslərini dayandırmaq mümkün deyil. Görün, Türkiyə nə qədər cılız düşüncə sahibləri ilə üz-üzə qalıb?

Türkiyə həm öz gücü, həm də dost və qardaşlarının yardımı ilə bu sınaqdan da üzüağ çıxacaq. 44 günlük vətən savaşında ilk gündən axıra qədər yanımızda olan və hər cürə dəstəyini bizdən əsirgəməyən, Qarabağda qazanılan zəfərdə böyük pay sahibi olan qardaş Türkiyəmizin biz də bu ağır günündə yanında olduq. Bu, belə də olmalıdır. Axı nahaq yerə demirlər ki, dost, qardaş dar gündə tanınar. Yanğının ilk günündən başlayaraq Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın yanğınsöndürənləri qardaşlarımızın yanında yer aldılar. Hazırda Türkiyədəki meşə yanğınlarının söndürlməsində azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı günlərdir Türkiyə mətbuatının gündəmindən düşmür. FHN əməkdaşı Kamil Dünyamalıyevin yanan evdən Türkiyə bayrağını xilas etməsi isə, bütün Türkiyə mətbuatının gündəminə cevrilib. “Türkiyə, ya da Azərbaycan bayrağı, bizim üçün fərq etməz. Hər ikisi bizim üçün əzizdir” deyən K.Dünyamalıyev və həmkarları qardaşlarımızın yanında başımızı uca edirlər.

K.Dünyamalıyevin timsalında qardaşlarımızın köməyinə getmiş Azərbaycan yanğınsöndürənlərinin bu qəhrəmanlığı təbiidir və belə də olmalıdır. Qardaş-qardaşa istənilən ağır durumda kömək etməlidir və yanında olmalıdır.

Biz Türkiyənin Qarabağ məsələsində Azrəbaycana uzatdığı yardım əlinin əvəzini belə kicik miqyaslı hadisələrdə göstədiyimiz fədakarlıqla əvəz edə bilmərik. İnşallah, bu yanğın tezliklə tamam nəzarət altına alınacaq, qardaş Türkiyə tezliklə bu itkinin yerini dolduracaq və meşələr, evlər bərpa olunacaq. Biz istəyirik ki, bu kimi məsələlərlə yanaşı, Türkiyənin xristian İttifaqları olan Avropa dövlətlərinin üzərinə etdiyi hərbi yürüşlərdə yanında olaq və döyüş meydanında qardaş Türkiyənin yolunda canımızı necə fəda etdiyimizi göstərək. Can Türkiyəmiz, biz həmişə, hər zaman, sevincli və kədərli günlərində də yanındayıq. Bir vaxtlar Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri, kədərimizdir”. 100 il ərzində qardaş Türkiyə bu şuara həmişə əməl edib. İndi növbə bizimdir. Nahaq yerə diməyiblər ki, XXI əsr Türk əsridir. Bu əsrdə biz bütün məsələlərdə Türkiyənin yanında olmalıyıq ki, avropalılar, nəhayət, Türk əsgərlərinin addım səslərindən narahat olsunlar və necə ki, olurlar.

Türkiyədəki meşə yanğınları Türk düşmənlərinin niyyətlərini gözlərində qoyacaq. Çünki dost və qardaşlarının sayəsində Türkiyəmiz bu yanğınla sınmayacaq, əyilməyəcək, Avropada yürütdüyü və Türkiyənənin nüfuzuna nüfuz qatan siyasətindən bir addım da olsun, geri cəkilməyəcək. Elə ona görə də qardaş Türkiyənin prezidenti sayın Rəcəb Tayyib Ərdoğan haqlı olaraq deyib: “Ciyərlərimizi yandıranların ciyərlərini yandıracağıq”. Biz buna inanırıq və bu məsələdə də qardaşlarımızın yanında olub düşmənlərin ciyərini yandırıb, gözlərini də ovub tökəcəyik. Can Türkiyəmizə uzanan xain əllər elə havadaca kəsilməlidir və kəsiləcək də...

Elçin MƏMMƏDLİ 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN