booked.netbooked.net booked.net  

Aktyor Elməddin Cəfərovun “oğlum kimi alır-  alsın, müğənni almasın...” fikirlərinə müğənni Roza Zərgərli etiraz edərək, deyib: ”Elməddin aktyordur, bəs ona niyə qız veriblər ki?“ Bu qalmaqala xalq artisti Ramiz Məlik də qoşularaq Elməddinə dəstək olmasına görə Roza Zərgərli belə cavab verib: ”Bunun iti ölüb, eşşəyi asqırır. Bu Ramiz müəllim, mənim aparacılıq etdiyim “Bakı vaxt ilə” verilişində qonaq olmadığına görə, reytinq axtarışındadır. Eybi yoxdur, bir gün verilişimə gələr, ona reytinqin nə olduğunu göstərərəm”.

P.S. Mən başa düşə bilmirəm, məgər şou biznes it, eşşək yığnağıdır ki, müğənni xanım itdən, eşşəkdən danışır? Bu, bir! İkincisi isə, Xalq artisti Ramiz Məlikin reytinqi oynadığı rollardakı istedadı ilə ölkə sərhəddini aşanda Roza Zərgərli hələ dünyaya gəlməmişdi, ya da həyətdə uşaqlarla klas-klas oynayırdı. Deməli, Ramiz müəllim reytinqin nə olduğunu çox yaxşı bilir. İndi maraqlıdır, öz verilişində Roza Zərgərli Ramiz müəllimə nə göstərəcək? Səs, sənət, istedad... bunlar yoxdur deyə onları göstərə bilməyəcək. Bəs onda maraqlıdır, nə göstərə bilər axı? Adam min şübhəyə düşür, vallah!..

***

Müğənni Nadir Qafarzadənin həmkarı Ayan Babakişiyevanı bir ad günü məclisində üzündən, boynundan öpməsi, dodaqlarından öpmək istəməsi, sosial şəbəkədə yayılıb və buna görə bərk tənqid olunduğundan, Nadir tərbiyəsiz hərəkətinə görə xalqdan videoformat şəklində üzr istəyərək deyib: “Ad günü məclisinə getdim, bir az içki qəbul etdim. Özümü elə aparmaq mənə yaraşmazdı. Bir də belə hallar olmayacaq. Utanıram, xəcalət çəkirəm. Oldu keçdi, Çox üzr istəyirəm. Bildirirəm ki, bu son olacaq”.

P.S. Ay alma yanaqlı, gül dodaqlı, maral gözlü Nadir Qafarzadə, sənin dediyin “utanıram”, “xəcalət” çəkirəm sözlərin məni əməlli-başlı çaşdırdı. Yəni, sən bu keyfiyyətlərin nə olduğunu bilirsən ki? Nə deyim vallah! Qalmışam mat-məhəttəl. Amma bircə onu bilirəm ki, bu, heç vaxt son olmayacaq. Tutaq ki, həmin ad günündə içkili olmusan. Onda bax bu yazıda verilmiş şəkilə diqqətlə bax. Bir vaxt Ayanla aranızdakı səmimi görüntülərə görə şübhələr yaradıb, söz-söhbət çıxanda “o, mənim qızım yaşındadır” dediyin Ayanın boynundan öpəndə necə, nəşəli idin? Adam da qızının boynundan öpər, yoxsa alnından? Yəqin, Nadir bala, içkili, ya da nəşəli olanda Ayan xanımın harasından öpəcəyin yeri səhv salırsan, sonra başlayırsan üzr istəməyə. Nadir bala, biz video kliplərdə canlı gördüklərimizdən danışırıq haa... Səhnə arxasında nə baş verir, bizim nəyimizə lazımdır? Nadir canı, səmimi sözümdür.

***

Sayt və qəzetlərdə dərc olunan, TƏBİB-in rəhbəri Ramin Bayramlının dəbdəbəli villa tikdirməsi barədə yazılara qurumdan belə bir təkzib gəlib: “Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

P.S.Çox təəssüf ki, Ramin Bayramlı bütün ümidləri alt-üst elədi. A kişilər, bu adam az qala nazir funksiyasını daşıyır. Nazirin də ki, ən azı 5-10 villası, şəhərin mərkəzində 5-10 mənzili, 5-10 obyekti, xarici banklarda pulu və s. var-dövləti olmasa, xalq ona belə birtəhər baxar e... İndi belə çıxır ki, Ramin Bayramlı yazılmamış qanunu pozub və məmur adına ləkə gətirib. Ola bilsin Ramin Bayramlı başqa bir yazılmamış qanuna  və dəbə görə, o dəbdəbəli villanı qohum-əqrabadan kiminsə adına tikdirir. Belə olarsa, onda TƏBİB rəhbəri doğrudan da əsl məmurdur, iş bacaran kadrdır. Necə deyərlər, sağlığına qismət...

***

Mətbuatdan məlum olur ki, sənədsiz evlərin sənədləşdirilməsi barədə prezident cənab İlham Əliyev 2011-ci ildə hökumətə tapşırıq verib. 2015-ci il yanvarın 13-də isə, bu barədə xüsusi fərman imzalayıb. Buna baxmayaraq sənədsiz evlərin sənədləşdirməsi, sanki dərin quyuya düşüb.

P.S. Görəsən, prezidentin göstəriş və fərmanının icrasının qabağına, elə o sənədsiz evlərin divarları boyda sədd çəkməklə, bu fərmanı “sabotaj” edərək, prezidentin əleyhinə gedən xalq düşməni kimdir ki, belə dirəniş göstərir? Bəlkə, əvvəlcə bu suala cavab tapaq, sonra sənədsiz evlərin niyə sənədləşdirilmədiyi ilə məşğul olar?

***

Ötən həftə mətbuatdan məlum olur ki,  AMEA-nın prezidenti Ramiz Mehdiyevin Novxanıdakı villasında indiyə qədər qaz pulu ödənməyib. “Azəriqaz” rəhbərliyinin işə qarışmasından sonra sayğaca baxış keçirilib və R. Mehdiyev 16 min manat cərimələnib.

P.S. Dağıl ey dünya, vaxt var idi Ramiz Mehdiyev özü istənilən adamı cərimələtdirib “tasa” otuzdururdu. İndi isə özünü “tasa” otuzdurdular. Amma maraqlıdır ki, bir elm adamı olan, ömründə rüşvətin nə olduğunu bilməyən, maaş və pensiya ilə dolanan Ramiz Mehdiyev 16 min manatı hardan tapıb ödəyəcək?

***

Sabiq polis məmuru Mahmud Hacıyev ekspert kimi mətbuata verdiyi müsahibədə, narkotik maddələrin yaratdığı bəladan danışarkən belə deyib: “ Azərbaycanda narkotik bəlasını genişləndirən İran və Rusiyadır”.

P.S. Mahmud bəy, Rusiyanın narkotiki Azərbaycanda yaymasını hardasa başa düşmək olar. Rusiya xristian ölkəsidir... Torpaqlarımızın ermənilər tərəfindən işğalının səbəbkarı da Rusiya idi. Ərazilərimiz işğaldan azad ediləndən sonra erməniləri qısqırdıb üstümüzə hürdürməyə məcbur edən də Rusiyadır. Yəni, Rusiya Azərbaycanı müstəqil yox, asılı dövlət kimi görmək istəyir. Stop! Elə İranı Rusiya ilə birləşdirən də məhz bu amildir. Yəni İran da Azərbaycanı müstəqil dövlət kimi görmək istəmir və bu müstəqilliyi həzm edə bilmir. Ona görə də islam respublikası olsa da, İran narkotikanı yayan, satan ölkə kimi Azərbaycana dost demir, xaçpərəst erməniyə isə qardaşdır. Bu səbəbdən İran narkotikanın Azərbaycanda geniş yayılmasında maraqlıdır və bu məqsədindən də dönmək niyyətində deyil.

***

Azərbaycanlı model, “Miss Azərbaycan 2019” gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova öz həmcinsi ilə sevgili olduğunu bir sayta açıqlayıb.

P.S. Bu Səmranı qınamayın. Yazıq neyləsin? Baxıb görür ki, bir şou əhli xanım kimi, şou biznes mühitindən kənarda heç kəs onu almayacaq. Şou biznesdə isə, kişilik göstərə bilən kişilər, demək olar yoxdur. Yəni, onlarda yavaş-yavaş bir qadınlaşma prosesi gedir. Belə adı olub, özü olmayan kişidənsə, elə öz həmcinsi xanımla sevgili olması daha məsləhətlidir.

***

Qəzetlərin birində Ermənistan deputatlarının Xankəndinə gəlməsindən bəhs edən yazıya belə başlıq qoyulub: “Bir dəstə erməni deputatın Xankəndi səfəri separatizmə açıq dəstək səfəridir- sülhməramlılar niyə susur?»

P.S. Sual düzgün qoyulmayıb və belə olmalı idi: Azərbaycan silahları niyə susur? O erməni deputatları Xankəndinə aparan maşının qabaq və arxa yollarını, kimsəyə heç bir zərər vermədən, babat bombalasaq, deputatlar elə yarı yoldan dönüb, dabanlarına tüpürərək, çıxıdıqları yerə qədər qaçacaqlar. Düzdür, hərdən “ səhvən” bir raket, mərmi onların oturduqları maşına da düşə bilər. Day neyləyək, icazəsiz dövlət sərhəddinin keçiblər deyə cəzalanmalıdırlar dəə... Onların qanı mütləq batacaq. Amma xəbərdarlıq kimi, gəldikləri yollar atəşə məruz qalsa, Paşinyan canı, bir də qələt edib kimsə Xankəndinə gəlməyə cürət etməz. Onda sülhməramlılar da özlərini yığışdıracaqlar. Ona görə də sərhəddimizi bizdən icazəsiz keçən hər bir erməniyə və ya erməni məmuruna etiraz göndərmək əvəzinə, raket göndərsək, problem birdəfəlik həll olunar, mən ölüm.

***

Aktrisa sayılan, lakin bircə rolu da xatırlanmayan, əvəzində soyunub lüt-ətçəbala olmaqla gündəmdə qalan Pərvin Abıyevanın qısa şortikdə şəkil paylaşması güya izləyicilərin marağına səbəb olub.

P.S. Soyunmuş xanım kimin marağına səbəb olmaz ki? Bu, bir! İkincisi, rəhmətliyin uşağı, siz Pərvin xanımın sözü gedən şəklinə diqqətlə baxın. Siz bu şəkildə heç şortik görürsünüz ki, hələ onun qısa və ya uzun olduğunu yazırsınız? Ətiniz tökülsün elə...

***

İtənlərin tapılmasında az qala Daxili İşlər Nazirliyinin funksiyasını mənimsəmiş, xəstələri şou obyektinə çevirən, ailələrin müqəddəsliyini ayaqlar altına ataraq insanların hissləri, mənəviyyatı ilə oynayıb, onları ələ salan, qalmaqallı verilişlər müəllifi Xoşqədəm Hidayətqızı “ Xəzər” Tv- dən öz ərizəsilə ayrıldığını bildirərək mətbuata belə deyib: “ Təbii ki, bir telekanal üçün 3 saatlıq efir vaxtını dolduran, TV- yə böyük pullar, reytinq gətirən layihəni itirmək asan deyil”.

P.S. Görünür, söyüş və qarğışla...qazanılan o pullar, reytinq daha “ Xəzər” TV-yə lazım olmayıb. İndi Xoşqədəm Hidayətqızı ağlaşmanı, söyüş və qarğışları bərpa etmək üçün efir axtarır...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN