booked.netbooked.net booked.net  

Şir kimdir: gizli yolla öz müsəlman qardaşının düşməni olan xristian erməniyə silah-sursatla yardım edən İran, yoxsa bütün dünyanın gözü qabağında mərdi-mərdanə meydana atılıb, nərə çəkərək 44 gün şir kimi  döyüşüb, düşməni darmadağın edən Azərbaycan?

...44 günlük müharibədə Azərbaycanın qazandığı qələbəni ermənilərlə yanaşı, özünü bizə dost, qardaş, dindaş hesab edən İran da həzm edə bilmir. Əgər 44 günlük savaşa qədər İran altdan-altdan erməniyə hərtərəfli dəstək verirdisə, torpaqlarımızın işğaldan azad olunmasından sonra gizlənməyin mənasız olduğunu dərk edərək, bizimlə düşmənçiliyi açıq müstəviyə keçirdi.

 Amma İranın Ermənistana oğurluqla göndərdiyi yardımların ömrü 44 gün çəkdi. Bu 44 gün ərzində isə İran dövlətinin bütün resursları Ermənistana xidmətə yönəlmişdi. Daha doğrusu, Azərbaycanın qələbəsinə əngəl olmaq üçün bütün gücünü və arsenalını işə salmışdı. Hətta görün, İran öz din qardaşına nə qədər qəzəbli, kinli, nə qədər düşmənçilik hissi ilə yaşayır ki, döyüşlər zamanı Azərbaycan PUA-larının elektron sistemini sıradan çıxarmaq, hədəfi düzgün vura bilməməsi üçün, Araz boyu hava hücumundan müdafiə sistemlərini yerləşdirib, hərəkətə gətirmişdi. Ali Baş Komandan prezident İlham Əliyevin bir sözü burada tam yerinə düşür: “ Rusiyanın 30 il Ermənistana verdiyi silahları biz indi Qənimətlər Parkında nümayiş etdiririk. Ermənistana qələbədən sonra da göndərdikləri silahları, lazım gələrsə, yenə də Qənimətlər Parkına göndərəcəyik”.

 Görünür, belə davam etsə, Qənimətlər Parkında, İranın ötən əsrin 70-80-ci illərindən qalma silah-sursatları və heç nəyə yaramayan hava hücumundan müdafiə sistemləri üçün ayrıca yer ayırmalı olacağıq..

Yanacaq, sürtkü yağları və silah-sursat dolu İran maşınlarının Gorus-Qafan yolu ilə Qarabağa göndərməsi isə, İranın Azərbaycana qarşı açıq düşmənçiliyidir. İranını özünə düşmən bildiyi İsrail dövləti isə, qardaş Türkiyə və Pakistanla birlikdə, 44 günlük savaşda Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstəklə yanaşı ən müasir PUA-larını verdi.

İranının Azərbaycana qarşı bu münasibəti ermənilərə hərtərəfli yardımla bitmir. İndi də mollaları üstümüzə qaldırıb, onların dili ilə Azərbaycanı hədələyir. Ona görə də, İranın dini lideri Ayətullah Xomeyninin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində İranı nəzərdə tutaraq, “şirin quyruğu ilə oynamayın” – deməklə Azərbaycanı hədələmişdir.

İndi burada çox maraqlı bir məqam var. Görünür, Seyid Həsən Amili “şirin quyruğu ilə oynamayın” deyəndə hallı olub. Çünki hələ indiyə qədər İranı heç kəs nə şir kimi təsəvvür edib, nə də şirə bənzədib. Amma 1988–ci ildə Azərbaycanın SSRİ- dən ayrılması üçün başlanan meydan hərəkatında,  hər kəs Azərbaycanı yatmış şirə bənzədirdi. Ona görə də ustad şairimiz Məmməd Araz yatmış şiri oyatmaq üçün yazırdı ki, “Ayağa qalx, Azərbaycan, səninləyəm!”. O dövrdə biz 70 illik yuxudan oyanıb, ayağa qalxa bilmirdik. Axı biz yuxunu, yatmağı çox sevən xalqıq. Bu səbədən də “Dədə Qorqud”filmində haqqlı olaraq deyilir: “Oğuz elinin başına nə gəlsə, yuxuda gələr”. Bizim də başımıza çox müsibətlər gəldi. Müstəqilliyimizi qazanmağımız nə qədər qürurverici idisə, ərazilərimizin 20%-nin işğal edilməsi, bizi hədsiz dərəcədə sıxırdı. Hamını bir sual düşündürürdü, 1918-ci ildə müstəqil dövlətimizi quranda İrəvan xanlığını itirdiyimiz kimi, 1991-ci ildə qazanılan müstəqillikdən sonra isə, doğurdanmı Qarabağı da itirəcəyik? Amma 2020-ci ilin 27 sentybarında nəhayət, yatmış şir oyandı və 30 il ermənilərin işğlında olan torpaqları, cəmi 44 gün ərzində azad etməklə,  nəyə qadir olduğunu ortaya qoydu.

İndi Ərdəbil imamcüməsi Ayətullah Seyid Həsən Amili və onun kimi digər mollalar dərk etməlidir ki,  şir kimdir: gizli yolla, oğurluqla, öz müsəlman qardaşının düşməni olan xristian erməniyə silah-sursatla yardım edən İran, yoxsa bütün dünyanın gözü qabağında mərdi-mərdanə meydana atılıb, nərə çəkərək, 44 gün şir kimi  döyüşüb, düşməni darmadağın edən Azərbaycan? Şir kimdir: 10 il müsəlman qardaşı İraqla müharibə edərək, bir milyon insan itirrməsinə baxmayaraq bir qarış belə torpaq ala bilməyən İran, yoxsa 30 il işğalda olan Qarabağ torpağını cəmi 44 günə azad edən Azərbaycan?

 Əlavə şərhə, məncə, ehtiyac yoxdur. Bir də ki, görünən dağa nə bələdçi? Yuxarıda qeyd etdik ki, Azərbaycanı o dövrdə yatmış şir adlandırırdılar, qocalmış şir yox. Ayətullah Seyid Həsən Amili “şirin quyruğu ilə oynamayın” deyəndə artıq dediyim kimi,  hallı olduğundan, məsəli də düzgün deyə bilməyib. Hələ indiyə qədər eşitməmişik ki, şirin quyruğu ilə kimsə oynaması haqqında bir məsəl olsun. Şir gücü onun rəşadətli ordusunda və Ali Baş Komandan prezident cənab İlham Əliyevdədir. Bu gücün qarşısında isə, nə qədər çalışsalar da, 44 günlük savaşda, nə Ermənistan, nə də onun ələkçiyə qıl verənləri- Rusiya, Fransa və İran duruş gətirə bilmədilər. Qələbədən sonra isə, bağlanmış müttəfiqlik müqavilələri ilə gücünə, qardaş Türkiyə və Pakistan ikiqat güc qataraq Azərbaycanı lap qızmış şirə döndərdilər. İndi bu meydan, bu da şeytan. Ayətullah Seyid Həsən Amili və onun kimi şeytana-ermənilərə  xidmət edən mollalar şir gücünə malik Azərbaycanın qarşısında çox aciz durumdadırlar. Ona görə də, özlərini sındırmamaq üçün, Azərbaycana “xox” gəlməkdən başqa əllərindən bir şey gəlmir. O taydakı 40 milyondan çox azərbaycanlılar İran hökümətinə, 44 günlük zəfərin başlanğıcının ildönümünə- sentyabrın 27-nə qədər vaxt veriblər ki, İran Ermənistanla bütün əlaqələri kəsib Azərbaycanla dostluq və qardaşlıq siyasətinə qayıtmasa, bütün 40 milyonluq azərbaycanlı hökümətə etiraz olaraq, ayağa qalxacaq. İran deyəsən bu amili unutmuşdu ki, bizim o tayda 40 milyondan çox bacı-qardaşımız var. Onların bir yumruq kimi birləşib, ayağa qalxması isə, ikinci bir “dəmir yumruğun” işə düşməsi deməkdir. İran bu “dəmir yumruğa” hazırdırmı?

                                               Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN