Prezident İlham Əliyev: “Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir”.

“Onun kimi oğru bizim bölgədə bəlkə də hələ doğulmayıb. Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı”. 

 “Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub”.

 …Heç bir şərhə ehtiyacı olmadan, hamıya məlumdur ki, Ali Baş Komandan İlham Əliyevin bu fikirləri nəinki Azərbaycanda, Qafqazda, hətta dünyada və Avropada böyük əks-səda doğurub. Artıq Avropada yaşayan azərbaycanlılar Prezidentin bu çıxışını vatsapla bir-biriləri ilə paylaşırlar. Bu çıxışlar artıq mənə də göndərilib. Deməli, Prezident İlham Əliyev hər bir azərbaycanlının ürəyindən tikan çıxaran sözlər deyib. Axı 30 il ərzində biz nəinki Azərbaycanda, hətta Avropada da ermənilərin yanında başı aşağı idik və onlar da hər yerdə üstümüzə xoruzlanırdılar. İndi də xoruzlanırlar, amma döyülmüş, əzilmiş, tapdalanmış xoruzlar kimi. Bunu Prezident cənab İlham Əliyev çox yerində və sərrast ifadə edib: “Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən”.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana ünvanlanmış bu ifadələr, hər yerdə sinələrinə döyən və özlərini qəhrəman kimi təqdim edən, hər bir erməniyə aiddir. Prezidentin sadə xalq dilində S. Sarkisyana ünvanladığı və hədəfi bir ox kimi dəlib keçən fikirləri Ermənistanı əməlli-başlı silkələyib. S. Sərkisyanın isə yanıb cızdağı çıxdığından hələ ki, səsi gəlmir. Heç gələ də bilməyəcək. Ağzını bir dəfə açıb qatığını tökdü və əvəzində elə bir cavab aldı ki, S. Sərkisyanın nəsilbənəslinə bəsdir.

 Bəs, nə demişdir bu Xocalı qatili? Durub deyib ki, ulu öndər Heydər Əliyev də, oğlu İlham Əliyev də, həm müharibə meydanında, həm də siyasətdə bizə uduzublar.

 Doğrudan da, daşnak tör-töküntüsü nə qədər həyassızdır ki, rus əsgər və  tankının arxasında gizlənib, Xocalıya hücum edərək, uşaqları, qadınları, qocaları qırmağı özünə həm kişilik bilib, həm də müharibə və siyasət meydanında bizdən güclü olduğunu düşünüb. Necə deyərlər, “arxalı köpək qurd basar”. A daşnak dığası, sənin təkbətək döyüşməyə “dux”un çatmırsa, hansı kişilikdən danışırsan? Prezident cənab İlham Əliyev hələ 44 günlük müharibədən xeyli əvvəl Ermənistan rəhbərliyinə açıq çağırış etmişdi ki, kişiliyin çatırsa, gəl təkbətək döyüşək, onda görərik kim göclüdür? Nəhayət, ötən il tarixi şərait yetişdi və biz Ermənistanla təkbətək qaldıq. 44 günlük qələbəmizlə başa çatan, bu təkbətək döyüş göstərdi ki, Prezident İlham Əliyev verdiyi sözə kişi kimi əməl edərək, özünün və Azərbaycan ordusunun gücünü ortaya qoydu. Nəticədə 30 illik işğal başa çatdı və  Ermənistan ordusu ilə bərabər siyasətçiləri də darmadağın oldu. Elə ona görə də Prezident İlham Əliyev tam haqlı olaraq S.Sərkisyana deyib ki, sənin Qafqaz kişiliyindən danışmağa haqqın yoxdur. Deməli, S. Sərkisyan daha kişi deyil və Prezidentin iti bıçaq kimi kəsən bu sözlərindən sonra kişilikdən düşdü. Prezident onu da çox gözəl vurğuladı ki, nəinki sənin, millətinin belə Qafqaza aidiyyətı yoxdur. Çünki  Qafqaza sonradan 150-200 il ərzində gəlmədilər. Görəsən, bu fikirlərdən Serj Sərkisyan və onun kimiləri dərs götürəcəkmi? Götürməsələr, ağa durur, ağacan durur. Yəni, dəmir yumruq istənilən vaxt hazırdır. Elə ona görə də yazımı yenə də Prezident cənab İlham Əliyevdən sitat gətirməklə tamamlayıram: “Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz".

İndi maraqlıdır, Serj Sərkisyan və onun kimi düşünən revanşistlər, içlərini yandırıb parçalayan bu sözləri necə həzm etdilər? 

Elçin MƏMMƏDLİ