booked.netbooked.net booked.net  

Mirzə Ceyhun: “Hal-hazırda bu üstün siyasəti Azərbaycan Prezidenti İlham Əliyevdən daha yüksək səviyyədə apara biləcək siyasi qüvvə və ya siyasətçi, ümumiyyətlə, Qafqaz regionunda yoxdur”

Bildiyimiz kimi bir çox soydaşlarımız Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda, Almaniyada, Hollandiyada, Avstriyada, Türkiyədə, Belçikada, Kanadada, həmçinin digər yaxın və uzaq ölkələrdə yaşayırlar. Xaricdə yaşayan minlərlə soydaşlarımız vətəninə, dövlətinə hədsiz dərəcədə bağlıdır və yaşadıqları ölkədə Azərbaycanın haqq səsinin eşidilməsi üçün çox böyük çabalar göstərirlər. Bu soydaşlarımız  vətənin adı gələndə sinələrini qabağa verirlər. 

Hollandiyada yaşayan və hamımızın yaxşı tanıdığı “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçi və baş redaktoru Elman Mustafazadə, Almaniyada yaşayan Araz və Asəf Əsgərli qardaşları, Mosvada yaşayan Fəxrəddin bəy, İlqar bəy, Etibar bəy, Asiman bəy, Polşada yaşayan Hicran xanım, Avstriyada yaşayan Mahir Cavadov, Ukraynada yaşayan Mirzə Ceyhun və digər adlarını deyə bilmədiyim vətən və yurd həsrətli soydaşlarımız sosial şəbəkələrdə Azərbaycan dövlətini təbliğ edir, Prezident İlham Əliyevi dəstəkləyirlər. Xüsusilə 44 günlük II Qarabağ savaşından sonra Azərbaycanın qalib dövlət kimi Avropada və dünyada təbliğində bu soydaşlarımızın da əməyi danılmazdır. Elə bu baxımdan Ukraynada yaşayan, “Ya Qarabağ, ya ölüm” qrupunun adminlərindən biri, arxitektor, iş adamı Mirzə Ceyhun 44 günlük müharibədən sonrakı fikirləri olduqca maraqlıdır. Ona görə də xaricdə yaşayan soydaşlarımızın 44 günlük müharibədən sonra hansı fikirlər və düşüncələrlə yaşadıqlarını bilmək üçün Mirzə Ceyhunun 100-dən yuxarı üzvü olan “Ya Qarabağ, ya ölüm” qrupuna göndərdiyi yazını “Təzadlar”ın oxucularına da təqdim etmək istəyirəm. M.Ceyhun  yazır: “...Azərbaycan və Ermənsitan arasında milli barışıq mümkün deyil. Ermənistan uydurduğu  “Dağlıq Qarabağ problemi”ndən imtina etməyəcək. Azərbaycana qarşı torpaq iddiası olan Ermənistanın törətdiyi münaqişədən isə regionda marağı olan böyük dövlətlər məharətlə istifadə edirlər və edəcəklər. Bu vəziyyətdə üstünlük, yalnız öz xarici, geosiyasi, beynəlxalq, eyni zamanda regional tranzit və iqtisadi siyasətini, həm daha uğurlu, həm də zamanın tələblərinə uyğun aparan dövlətdə olacaq. Hal-hazırda bu üstün siyasəti Azərbaycan dövlətinin Ali Baş Komandanı, Prezident İlham Əliyevdən daha yüksək səviyyədə apara biləcək siyasi qüvvə və ya siyasətçi, ümumiyyətlə, Qafqaz regionunda yoxdur. Bu fikirlərin kiməsə xoş gəlib-gəlməməsindən asılı olmayaraq, deyirəm, hazırkı reallıq budur. Bu gün regionda hər bir hadisə yalnız Azərbaycanın maraqlarına işləyir və İ.Əliyev bundan maksimum dərəcədə bəhrələnərək, Azərbaycanın itirdiyi ərazilərini və nüfuzunu bərpa etməkdədir. Hələlik bütün geosiyasi vəziyyət Azərbaycanın lehinədir və təbii ki, illər, 10 illər sonra yenidən geosiyasi durum Ermənsitanın lehinə ola bilər. Çünki Ermənistan haqsızdır, işğalçıdır, bütün dünya bunu gördü... Ona görə də sayıqlığı itirməməli, qələbədən eyforiyaya qapılmamalı və bu kimi hallara həmişə hazır olmalıyıq.  Məhz bu zaman biz 1904, 1918, 1948, 1988 və 1991-ci illərdə olduğu kimi, ermənilər qarşısında heç vaxt aciz qalmarıq. Son iki əsrdə ilk dəfə hər şey bizim lehimizə dönüb. Bundan maksimum dərəcədə bəhrələnməli və Ermənistanın maksimum uzun müddət ərzində aciz durumda saxlanmasını təmin etməliyik. Artıq proseslər buna doğru getməkdədir. Belə olarsa, tarixi düşmənimiz olan ermənilər bir daha bizim üstümüzə gəlməyə cəsarət etməzlər”.

Göründüyü kimi, Ukraynada yaşayan, Azərbaycanı və onun Prezidentinin adını uca tutan Mirzə Ceyhun kimi dəyərli ziyalılarımız son hadisələrə obyektiv qiymət verməyi bacarırlar. Elə bu da bizə bir təskinlik verir ki, məhz belə vətənpərvər, dəyərli soydaşlarımızın sayəsində Azərbaycanın haqq səsi dünyada eşidiləcək və kiməsə dövlətimizin adına, nüfuzuna zərər gətirən addım atmağa imkan verilməyəcək. Yuxarıda adlarını çəkdiklərim, həmçinin çəkə bilmədiyim soydaşlarımıza, o cümlədən bu gözəl fikirlərin müəllifi Mirzə Ceyhuna üz tutaraq deyirik: Vətənin duzu, çörəyi, suyu, havası sizlərə halal olsun!

Hazırladı:

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN