Müğənni Mətanət İsgəndərli özünün istəyi ilə evləndirdiyi oğlunu həyat yoldaşından ayıraraq, iki övladını da anasından aldığı çoxdanın söhbətidir. Amma təzəlikcə məlum olub ki, müğənni xanım oğlu Kərimi ikinci dəfə Aysel adlı bir xanımla evləndirir. Uşaqların anası Canana isə üsyan edir ki, “mən övladlarımı ögey anaya vermək üçün dünyaya gətirməmişəm”.

P.S. Maraqlıdır, niyə Mətanət İsgəndərli şou əhli olduğundan, oğlunu da şou əhli sayağı bir neçə dəfə evləndirib, boşatdırmaq istəyir? Görəsən, 2 uşaq atası olan Kərimin fikrini heç soruşan varmı? Yoxsa, onun bütün həyatı anasından asılıdır? Bu yerdə sizə öz kəndimizdə olmuş bir əhvalatı danışım. Deməli, bir kişi, nə az nə çox, düz 13 dəfə evlənib və hər dəfə də dildən acı olan anasının təkidi ilə arvadları bir-bir boşayıb. 14-cü dəfə evlənəndə isə, kişi anasına belə deyib: “Ana, bu dəfə səni boşayacağam”.

İndi deyəsən Mətanət də elə edəcək ki, Kərim axırda bezib, anası Mətanəti boşayacaq. Müğənni xanımın oğluna isə deyirəm ki, Kərim bəy, ananı sevmək çox yaxşı haldır, amma ana uşağı olmaq heç də yaxşı hal deyil...

***

MSK sədri Məzahir Pənahov Milli Məclisdə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçiriləcəyini deyib. Bəzi məlumatlara görə isə 2022-ci ilin mart ayında həm boş qalan dairələrə seçkilər, həm də referendum keçirə bilər.

P.S. Deputat seçkiləri ola bilər, amma 2022-ci ildə referendum dəqiq bilirəm ki, keçirilməyəcək. Çünki bizdə referendum, yəni konstitusiyaya hər hansısa dəyişiklik hər 7 ildən bir keçirilir. Ölkəmiz müstəqilliyini qazanandan sonra, ilk konstitusiya referendumu 1995-ci il noyabrın 12-də keçirilib. 2-ci referendum 7 ildən sonra, 2002-ci il avqistun 24-də olub. 3-cü referendum yenə 7 il sonra, 2009-cu ilin martın 18-də olub. 4-cü konstitusiyaya dəyişiklik, yəni referendum daha bir 7 il sonra, 2016-cı il sentyabrın 26-da baş tutub. Ona görə də tam əminliklə demək olar ki, növbəti referendum 2022-ci ildə yox, 7 il tamam olanda, yəni 2023-cü ildə keçiriləcək.

***

Qəzetlərin birində N.Paşinyanın həm Rusiyaya, həm də Qərbə üz tutaraq, ikili siyasətinə həsr olunan yazıya belə başlıq qoyulub: “Gündüz rusun dostu, gecə amerikalının “yataq” ortağı...”.

P.S. Rəhmətliyin oğlu, camaatın şəxsi həyatına niyə qarşırsan? Sənin nəyinə lazımdır N.Paşinyan gündüz rusun yatağına meyillidir, gecə amerikalının “yataq” ortağı olur? Sən N.Paşinyandan yaxşı bilməyəcəksən ki, ona harada və kiminlə xoşdur? Sən öləsən, bu jurnalistlər də lap ağ eləyiblər e, vallah! Hələ Makronun saunasını demirlər...

***

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mətbuata açıqlamasında belə bir məsələyə aydınlıq gətirib: “Qanunsuz tikililər söküləcək, yoxsa sənədləşdiriləcək?”

P.S. Ekspertin bu barədə olan qənaətini qoyaq bir kənara. Mənim üçün maraqlı odur ki, Prezident İlham Əliyevin qanunsuz evlərin sənədləşdirilməsi barədə 3 dəfə verdiyi sərəncamı “Bermud üçbucağı”na döndərib yox edən hansı şir ürəyi yemiş məmurdur?

***

Mətbuatdan məlum olur ki, “Rusiya 4 ildən sonra da Qarabağda qalmağa çalışacaq”.

P.S. Əlbəttə, çalışacaq. Rusiya sülhməramlılarının zabit və əsgərləri müftə başa gələn erməni qızlarını necə qoyub getsinlər axı? Bir də maraqlıdır, ruslardan olan uşaqlarını erməni axçiləri rus, yoxsa erməni kimi yazdırırlar? Erməni kimi yazdırsalar, ruslar çıxıb gedəcək. Yox əgər rus kimi yazdırsalar, onda atanı baladan necə ayırmaq olar?

***

Müğənni Afət Fərmanqızı “İnstaqram” hesabında rusiyalı iş adamı, biznesmen sevgilisi ilə əl-ələ olan şəklini paylaşıb və altından da belə yazıb: “Yaxşı ki, varsan”.

P.S. Əlbəttə, yaxşı ki, var. Rusiyalı biznesmen sevgilisi olmasaydı, 42 yaşlı Afət 50 min manatlıq paltarı, bahalı maşını, villanı ala bilərdimi? Maraqlıdır, 2019-cu ildə Afət Fərmanqızı ikinci dəfə ailə qurduğu şəxsin şəklini gizləyərək altından belə yazmışdı: “Həyatıma xoş gəldin”. İndi görəsən Afət xanım ikinci dəfə ailə qurduğu kişiyə “həyatımdan xoş getdin” elədimi ki, rusiyalı iş adamına “yaxşı ki, varsan” deyir. Belə olan surətdə bir sual adamı bərk narahat edir: - Afət xanım, belə “həyatıma xoş gəldin”lərə, “yaxşı ki, varsan”lara nə vaxt “stop” deyəcək? Rəhmətliyin qızı, yapış də bu kişilərin birinin pulundan... üzr istəyirəm, cibindən... e lənət şeytana, ətəyindən və get axıra kimi də...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA