booked.netbooked.net booked.net  

Allah sənə qəni-qəni rəhmət eləsin, Ənvər!

Yanvarın 28-də hamımızın Ənvər Börüsoy kimi tanıdığımız, sadə, təvazökar, az danışan,  çox iş görən,  sakit təbiətli, amma içi təlatümlərlə dolu, vətən fədaisi bir insanın vəfatının ildönümü idi. Ənvəri hələ 1981-1986-cı illərdə, Ali məktəbdə oxuduğumuz tələbəlik illərindən tanıyırdım. Bir qrupda oxumasaq da, mənimlə birgə oxuyan tələbə yoldaşım, hazırda 30 ildən çoxdur Hollandiyada yaşayan, “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Avropada nəşr olunan “Xudafərin” jurnalının təsisçisi və baş redaktoru Elman Mustafazadə paralel qrupda oxuyan Ənvərlə məni tanış etmişdi. Son dörd ildə dəyərli ziyalımız Elman Mustafazadənin yaratdığı, Avropada və Azərbaycanda yaşayan 100- dən çox vətənpərvər, prezidenti dəstəkləyən, vətənini, dövlətini sevən ziyalıların üzv olduğu “Ya Qarabağ, ya ölüm” WhatsApp qrupunda Ənvər Börüsoy da var idi. Ənvərin bu qrupda hər çıxışı Avropada yaşayan vətən nisgilli soydaşlarımızın qəlbində olan vətən sevgisini bir az da alovlandırırdı.

Ənvər Börüsoy mənim xahişimlə özünün teatr, incəsənət haqqında həm müsbət. həm də tənqidi, həmçinin regionun geosiyasi mənzərəsini çox incəliklə və olduqca samballı şəkildə təhlil edən yazıları ilə “Təzadlar”ın  səhifələrində mütəmadi olaraq çıxış edirdi. Ə.Börüsoyu nəinki Azərbaycanda, həttə bütün Qafqazda tanıyıb, qəbul edirdilər. Vaxtilə Çeçenistanın ilk prezidenti Cövhər Dudayevlə yaxın dost olması, onu bütün Qafqazın sevimlisinə çevirmişdi.Çeçen xalqının ağır günlərində, onların  bir çox siyasi və iqtisadi problemlərinin həllində Ənvər bəyin köməyi indi də unudulmur.

Tələbə yoldaşımız Elman Mustafazadə

nin özünün yaratdığı “Ya Qarabağ, ya ölüm”  WhatsApp qrupunda Ə.Börüsoyun ildönümü ilə bağlı yazdığı  kövrək xatirəsi olduqca təsirlidir. E.Mustafazadənin həmin yazısını “Təzadlar”ın oxucuları və Ənvərsevərlər üçün təqdim edirəm.

***

Ənvər Börüsoy nümunəsi...

Ənvər, sən çəkildin bir kənara ki, olub keçənləri, çəkdiyin əməyin, zəhmətini qədr-qiymətini bilmək üçün... Ya bəlkə, sənə dost deyənlərin səmimiyyətini yoxlamaq üçün getdin...

Yox, dostum bura Azərbaycandır... Burada səmimiyyət getdikcə yox olmaqdadır... Burada hər şey alınır, satılır, ancaq tam İNSANLIQ ölməyib hələ... Bəlkə hardasa sənin kimi 3 dəfə verilən evini qaçqına hədiyyə edib, özü kirayələrdə yaşayanlar var... Bəlkə də, bütün şüurlu ömrünü sənin kimi heç nə ummadan millətinə həsr edənlər var... Bilmirəm... Bircə onu bilirəm ki,  sən bir örnək və ibrət dərsi verib, uzaqlaşdın bir soyuq qiş günündə biz soyuq və qədrbilməz insanlardan...

P.S.Həyatda sənin nə anan-atan, nə də bacın-qardasın da yoxdur ki, sənə ağlaya... Uşaq evi, internat, rəssamlıq məktəbi, institut və qaynar həyat, millətinə, vətəninə təmənnasız xidmət və son...

Məzarın üstündə ağlayan anan bacın olmadı, ancaq zaman gələcək sənə nəinki Azərbaycan, hətta bütün Türk Dünyası ağlayacaq...

Hələlik rahat və qayğısız ruhun şad olsun. Sən öləsi oğul deyildin...

Allah sənə qəni-qəni rəhmət eləsin, Ənvər!

Elman Mustafazadə

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN