booked.netbooked.net booked.net  

Ukraynada bu gün təkcə Ukraynanın yox, keçmiş SSRİ respublikalarının, o cümlədən Azərbaycanda Qarabağın, Gürcüstanda cənubi Asetiyanın və Abxaziyanın, Moldovada Dnestryanı bölgənin, Qazaxıstanın, həmçinin Avropa dövlətlərinin taleyi həll olunur...

Düz 77 ildən sonra Ukrayna yenə də döyüş meydanına çevrilib. Yenə də tanklar guruldayır, səmadan qırıcılar yerə bombalar tökür, toplar nərildəyir, raketlər binaları darmadağın edir. Atılan bu silahlar Hitlerin deyil, 77 il əvvəl Ukraynanı Hitlerdən müdafiə etmiş SSRİ-nin varisi Rusiyanın indiki prezidenti V.Putinindir... Yox, bu artıq 1941-45-ci illərdə faşist Almaniyasına qarşı ruslarla, ukraynalılarla və digər SSRİ respublikanın əhalisi ilə birlikdə aparılan müharibə deyil. Bu gün faşist Almaniyası rolunda Rusiyadır.

Heç kəsin gözləmədiyi halda, Slavyan dilli iki qardaş xalq, bu gün bir nəfərin, V.Putinin şəxsi ambisiyasına görə bir-birinin qanını tökür. Burada haqlı tərəf, əlbəttə ki, dünyanın nəzərləri ilə desək, Ukraynadır.

***

Rusiyanın dövlət rəhbəri nəinki əndazəni, hətta müstəqil dövlət olan Ukraynanın sərhədlərini aşaraq, bəşəri cinayətlərə imza atıb. Görəsən, yer üzündə ruslardan və Rusiyadan zərər çəkməyən bir xalq varmı? Əgər desəniz ki, Ermənistan ruslardan həmişə xeyir görüb, bu da yanlışdır. Ona görə ki, özgəsinə arxalanan axırda quru yurdda qalar. Bir gün Rusiya bir dövlət kimi sarsılıb parçalanandan sonra, Ermənistan da onunla birgə bir dövlət kimi məhv olacaq. İndi bunu Rusiyadan xeyir görən xalq kimi qəbul etmək olarmı?

Bəli, bu gün Ukraynada dövlətlərini və ərazilərini qorumaq üçün Rusiya ilə ölüm-dirim savaşı gedir. Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücum etməyini onunla əsaslandırır ki, Ukrayna dövlətini neofaşistlər idarə edir və Ukrayna xalqını onlardan xilas etmək lazımdır. Sual olunur, məgər Ukrayna xalqı bunu səndən xahiş edibmi? Yoxsa, Ukrayna xalqı onları qane etməyən hökumət üzvlərini istefaya məcbur etmək üçün gecə-gündüz meydanlara çıxıblar? Axı belə şey baş verməyib. Demokratik seçki yolu ilə hakimiyyətə gələn prezident Vladimir Zelenskinin idarəçiliyi ukraynalıları qane edir və indiyə qədər heç bir etiraz da olmayıb. Elə isə, XXI əsrdə suveren bir dövlətin ərazisinə belə qanunsuz bir hücuma nə ad vermək olar? Bunun yalnız bir adı var - işğalçılıq.

***

V.Putin Ukraynanın ərazisini hissə-hissə işğal edərək, ukraynalıların nəbzini yoxladı. Əvvəlcə silah gücünə Ukraynanın ərazisi olan Donbas və Luqanskini ayırıb “DNR” və “LNR” adlı qondarma respublikalar yaratdı. İştah diş altındadır, - deyiblər. Bundan sonra V.Putinin iştahı bir bir az da böyüdü və Krımı ələ keçirmək eşqinə düşdü. Çünki Rusiya Sevastopolda olan hərbi dəniz bazasına görə Ukraynaya milyonlarla dollar pul ödəyirdi. Bu pulu ödəməmək və əlavə qazanc götürmək məqsədilə, özünü demokratik adlandıran Qərbin gözü qarşısında Krımı bütünlüklə işğal etdi və Sevastopol Rusiyanın tabeçiliyinə keçdi. Düzdür, Krımı işğal etmək üçün silahdan istifadə etmədi, amma rus əsgərinin əlindəki avtomatının lüləsində seçki keçirdi və guya Krımda yaşayan ukraynalılar və Krım tatarları Rusiyaya birləşmək istəyirlər. 2014-cü ildə Rusiya Krımın özünə birləşdirməsini başa çatdırdı.

Belə olan surətdə iştah bir az da böyüdü. Baxmayaraq ki, Krımın işğalına görə Amerika və Qərb dövlətləri müəyyən sanksiyalar tətbiq elədilər. Ancaq bu sanksiyalar yetərli olmadığından V.Putini məqsədindən döndərə bilmədi. Ukraynanın gənc lideri Vladimir Zelenskinin müstəqil siyasət yürütməsi, Qərbə və NATO-ya meyllənməsi Putini daha da qıcıqlandırırdı. Çünki ona asi çıxan keçmiş SSRİ respublika rəhbələrini müxtəlif yollarla cəzalandırıb, özündən asılı vəziyyətə gətirməyi çox xoşlayır. Ortada Gürcüstan, Ermənistan, Qazaxıstan, Orta Asiya və Belarusiya nümunəsi var. Azərbaycan dövlətinin çox ağıllı və uzaqgörən, balanslı siyasət yürütməsi hələ ki, müsbət nəticə verir və Rusiyadan müəyyən məsafə saxlamağa imkan yaradır. Ancaq Ukraynanın ipə-sapa yatmaması V.Putini gecə-gündüz narahat edir ki, V.Zelenskini Lukaşenkaya necə çevirsin? Bir tərəfdən “DNR” və “LNR”-i müstəqil dövlət kimi tanıması, eyni zamanda Krımı əlində saxlaması, digər tərəfdən də Qərbin sanksiyalarını heçə endirmək üçün V.Putin 2022-ci il fevralın 24-də səhərə yaxın, saat 4-də rus ordusuna Ukraynaya soxulmaq əmri verdi. Oxşarlığa fikir verin, 1941-ci il iyunun 22-də Hitler Almaniyası da, məhz səhərə yaxın, saat 4-də SSRİ ərazisinə soxulmuşdu.

 

Dünyanın gözü qarşısında müstəqil bir dövlətin ərazisinə soxulmaq, heç bir beynəlxalq qanunlara sığmır. Amma V.Putin üçün də heç bir beynəlxalq qanun keçərli deyil. SSRİ-nin KQB adlanan strukturunun sonuncu lideri olan V.Putin, bütün diplomatik və siyasi çərçivələri aşaraq, Amerikanı və Qərbi hədələməyindən də qalmır. Görün, Amerika prezidenti Corc Baydenlə danışığında V.Putin dünyanı necə hədələyir: “Qoy kimsə mənə mane olmağa cəhd etsin. Onların başına bir oyun açaram ki, öz ölkələrinin tarixində belə müsibətə rast gəlməzlər. Gözlərini qırpmağa imkan vermərəm. Ola bilər NATO bu işə qarışsın və biz onların qarşısında dayana bilmərik. Amma bizim nüvə silahımız var. Bu müharibədə qalib olmayacaq. Göydəki bizim sputnik də oradan ya Amerikanın, ya da Avropa ölkələrindən birinin  başına düşə bilər”.

Bu, artıq dövlət başçısına və bir siyasətçiyə yaraşan danışıq deyil. Elə bil bu sözləri dövlət başçısı yox, hansısa yoldan keçənin biri deyir.

Əlbəttə, Ukraynaya hücum başlayan kimi Rusiyaya olan sanksiyalar daha da çoxaldı və bir az da sərtləşdirildi. Amerika Rusiya banklarına məxsus 3 trilyon dollar bir, daha bir 3 trilyon dolları, bundan başqa 250 milyard dolları olan bank aktivlərini dondurdu. Artıq Rusiya SWİFT-dən çıxarıldı. Bu, o deməkdir ki, Rusiya heç bir Beynəlxalq maliyyə əməliyyatları həyata keçirə bilməyəcək. Tətbiq olunan sanksiylara görə, Tayvan dövləti Rusiyanın təyyarələri, müasir rəqəmsal silahları, texnologiyaları, məişət avadanlıqları və s. üçün mikrosxemlər göndərməyi dayandırıb. Bunun da nəticəsi olaraq, beynəlxalq uçuş həyata keçirən təyyarələr, zenit raket kompleksləri və digər silahlar istifadəsiz qalaraq metalloma çevriləcəklər. Nəzərə alsaq ki, Ukraynada apardığı müharibənin bir günü Rusiyaya 20 milyard dollara başa gəlir, onda rus xalqının tezliklə ac-yalavac günə düşəcəyi şəksizdir.

V.Putin bu xərcləri yaxşı bildiyindən Ukraynanı “blist hücum”, yəni Hitlerin “barbarossa” planı kimi, qısa zamanda Ukraynanı və onun paytaxtı Kiyevi işğal etmək istəyirdi. Amma el dili ilə desək, daş qayaya rast gəldi. Ukrayna xalqı nəinki V.Putinin, hətta bütün dünyanın gözləmədiyi bir dirəniş göstərdi. Buna dirəniş yox, böyük qəhrəmanlıq, əzmkarlıq, mərdlik, şücaət demək lazımdır. Məhz bu keyfiyyətlərin nəticəsində rus ordusunun texnika və canlı qüvvələri Ukrayna ərazisində darmadağın edildi. Heç kəs Ukrayna xalqından belə dözüm, belə qəhrəmanlıq gözləmirdi. Ukrayna xalqının vətənə olan sevgisi, Rusiyaya olan nifrəti döyüş meydanında tarix yazdı. Rusiyanın müharibənin ilk 4 günü ərzində itirdiyi itkilərə fikir verin. Ukrayna silahlı qüvvələri Rusiya ordusuna məxsus 29 qırıcı təyyarə, (nəzərə alaq ki, bir ukraynalı təyyarəçi havada rusların 6 qırıcı təyyarəsini məhv edib), 29 döyüş vertalyotu, 191 tank, 816 zirehli maşınlar, 74 artilleriya qurğusu, 1 “buk” markalı Zenit Raket Kompleksi, 21 reaktiv qurğu olan “Qrad”, 291 ədəd hərbi maşınlar, 60 yanacaq daşıyan maşınlar, 3 “PUA”, 2 hərbi gəmi, 5 ədəd Hava Hücumundan müdafiə sistemi, 1 ədəd “İL-76” yük təyyarəsi, içindəki 200 nəfər dversiya qrupu ilə bir yerdə məhv edilib. Rus ordusunun canlı qüvvə sarıdan itkisi isə müharibənin 3 günü ərzində 5300 nəfərə təşkil edib. Rusiya qısa müddətdə bu qədər itkini ikinci dünya müharibəsindən sonra heç yerdə verməyib.

Qərb dövlətləri döyüşün ilk 3 günü ərzində Rusiyaya sanksiyalar tətbiq edilməsinə baxmayaraq, Ukraynaya elə bir kömək göstərmədi. Amma ukranyalıların Müharibənin ilk 3 günündə göstərdikləri mətnlik, mərdlik, görünməmiş qəhrəmanlıq, Qərbi hərəkətə keçməyə vadar etdi. Rusiya kimi nəhəng bir dövlətin ordusunun böyük bir həssəsini ilk 3 gün ərzində demək olar məhv etməsi, gözləmə mövqeyi tutan Avropa dövlətlərini hərəkətə gətirdi. Bu, ikinci dünya müharibəsində ABŞ-ın və İngiltərənin 1942-ci ildə açmalı olduqları ikinci cəbhəni, 1944-cü ildə açmasına bənzəyir. Gözlədilər ki, kim qalib gələcək, SSRİ, yoxsa Almaniya? Elə ki, gördülər SSRİ müharibəni artıq Almaniyanın ərazisinə keçirdi, ondan sonra dünyanın bölüşdürülməsində oyundankənar vəziyyətə düşməmək üçün 1944-cü ildə ikinci cəbhəni açdılar. İndi Rusiya- Ukrayna müharibəsində də gözlədilər. Elə bildilər Rusiya, deyilən kimi, 2 saata və ya bir günə Ukraynanı işğal edəcək. Amma görəndə ki, Ukraynanın nəinki ordusu, hətta qadınlı, qocalı, uşaqlı, vəzifəli, vəzifəsiz, bir nəfər kimi silaha sarılıb, rus ordusunu məhv edirlər, onda Ukraynaya kömək etmək qərarına gəldilər. Avropanın 27 ölkəsi müharibənin 3 gününün tamamından sonra Ukraynaya hərbi yardımlar, o cümlədən silahlar, mərmilər göndərməyə başladılar. Böyük Britaniya, Bolqarıstan, Polşa, Çex Respublikası, Estoniya, Latviya, Rumıniya öz hava məkanlarını Rusiya təyyarələri üçün bağladılar. Bu hərbi yardımlardan sonra Rusiya ordusu Ukraynada tamamilə məhvə məhkum olacaq. Çünki Rus ordusunun daha gücü qalmayıb məğlubedilməz mifi darmadağın oldu.. Yeni silah-sursat istehsalı isə, Tula şəhərindən verilən məlumata görə, ən azı iki ay çəkəcək. Rusiyanın Ukraynada məhvi nəinki Orta Asiya və Qafqaz respublikalarının, hətta Avropanı belə Rusiya təhlükəsindən xilas edəcək. Rusiyanın bu vəziyyəti Qarabağdakı sülhməramlıların dabana tüpürüb qaçması deməkdir. Amma Qarabağdakı ermənilərin qaçmaqda rus sülhməramlılarından geri qalmayacağı şübhəsizdir. Bu erməni xislətidir, arxasız qalanda, ya sənə yaltaqlanıb ayaqlarını yalayacaq, ya nökərin olacaq, ya da dabanbasdı qaçacaq.

***

Ukraynadakı müharibənin bu qızğın dövründə erməni xisləti yenə özünü göstərdi. Təsəvvür edin, bütün Ukrayna xalqı Rusiya ilə döyüşə səfərbər olub, ön cəbhədə döyüşür, bir erməni alçaq isə, Ukraynada arxada dayanıb boş qalmış evlərdə soyğunçuluq eləməklə məşğul olub. Artıq sosial şəbəkələrdə dizi üstə çöküb peşman olan erməninin videosu da yayılıb. Daha sonra ukraynalılar bu ermənini şalvarını çıxarıb küçədə dirəyə bağlamaqla cəzalandırıblar. Döyüşlər gedən bu ərəfədə Ukraynadakı müharibədən azərbaycanlılar haqqında mütəmadi maraqlı və qürurverici məlumatlar alırıq. Amma hələ bir dəfə də eşitmədim ki, Ukrayna vətəndaşı olan hasısa bir erməni, rus ordusuna qarşı döyüşən ukraynalılarla birlikdədir. Amma əksinə, ukraynalılara qarşı döyüşüb əsir düşən rus əsgərlərinin arasında ermənilər də var.

Ukraynada yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlılardan isə olduqca başucalığı gətirən xəbələr və videolar alırıq. “Mişa” ləqəbli azərbaycanlı ukraynalılara, bu ağır gündə, pulsuz balıq paylayır. Bir qrup azərbaycanlı isə, müxtəlif yeməklər bişirib, ukraynalı əsgərlərə göndərirlər. Daha bir qrup soydasımız yerli əhaliyə pulsuz çörək paylayır. Ukraynanın ordusu ilə birgə döyüşən bir şəkili soydaşımızın yayılan videosu da çox qürurvericidir. 55 yaşlı bir azərbaycanlının isə əlində avtomat dinc ukranyalılarla birlikdə Kiyevi qoruyanların arasında olması olduqca fərəh gətirən hadisədir.Nəhayət, “Təzadlar”ın baş redaktoru Asif Mərzili isə özünün sosial şəbəkə hesabında ukraynalılara müraciət edərək bir ailəni bütün təminatı ilə öz öhdəsinə götürməyə hazur olduğunu bildirmişdir. Bu xeyirxah addıma görə onlarla ukraynalı Asif Mərziliyə minnətdarlıq, Azərbaycana isə məhəbbət mesajlarını göndərməkdədirlər.

***

Xaricdə yaşayan vətənpərvər soydaşımız Elman Mustafazadənin yaratdığı “Ya Qarabağ, ya ölüm” vatsap qrupunun iki adminindən biri olan Ukrayna vətəndaşı Mitzə Ceyhun bəy gecə və gündüz bizi orada baş verən hadisələr, Ukrayna xalqının qəhrəmanlığı barədə dəqiq, qərəzsiz məlumatlandırır. Eyni zamanda Mirzə Ceyhun bəy imkansız yerli əhaliyə edilən bir çox yardımların təşkilatçılarından biridir. Mirzə Ceyhun bəyin 25 yaşlı oğluTeymur Mirzəyev də əlində avtomat Kiyevi müdafiə edən  keşikçilərin sırasındadır. Hələ Donbas və Luqanski döyüşləri zamanı azərbaycanlı İlqar Bağırovun qəhrəmanlığını ukraynalılar heç vaxt unutmur. Elnur adlı həkim soydaşımızın Ukrayna ordusunun əsgərlərinə pulsuz dava-dərman paylaması da qəlbimizi qürur hissiylə doldurur. Başqa bir azərbaycanlı qrupun Kiyevdəki uşaq evlərinin birinə ərzaq yardımı aparması xalqımıza başucalığı gətirən hadisədir.

COCAR-ın Ukraynada fəaliyyət göstərən 59 yanacaqdoldurma məntəqəsinin hamısının təcili yardım və yanğınsöndürən maşınlara pulsuz benzin verməsi isə, Azərbaycan dövlətinin və xalqının, bu ağır gündə qardaş Ukrayna xalqının yanında olmağının bariz nümunəsidir. Azərbaycan dövlətinin “İL-76” yük və “Boinq-747” təyyarələri ilə Ukrayna xalqına göndərdiyi humanitar yardım Ukrayna dövlətinə dəstəyin ifadəsidir. Fefralın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında Azərbaycan vətəndaşlarının keçirdikləri Ukraynaya dəstək aksiyası isə, olduqcq izdihamlı və möhtəşəm idi. Bütün bunlar 44 günlük döyüşdə siyasi və mənəvi cəhətdən yanımızda olan Ukrayna xalqına vəfa borcumuzdur...

***

Azərbaycanın və bütün Avropanın dəstəyi ilə Ukrayna xalqının rus ordusuna qarşı apardığı mübarizədə qalib gələcəyinə inanırıq. Bununla da bir çox ölkələrdə, o cümlədən keçmiş SSRİ respublikalarında, həmçinin Azərbaycanda da ermənilərin əli ilə qan tökməkdən doymayan Rusiya nəhayət, dayandırılacaq. Ukraynada bu gün təkcə bu dövlətin yox, keçmiş SSRİ respublikalarının, o cümlədən Azərbaycanda Qarabağın, Gürcüstanda cənubi Asetiyanın və Abxaziyanın, Moldovada Dnestryanı “respublika”nın, Qazaxıstanın, həmçinin Avropa dövlətlərinin taleyi həll olunur...

Yaşasın Ukrayna! Ukrayna qəhrəmanlarına eşq olsun!

Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN