booked.netbooked.net booked.net  

Düz 27 il idi ki, Ağdamın işğal olunduğu günü-23 iyulu böyük bir kədərlə,acı xatirlərlə qeyd edirdik. 27 il Ağdamsız yaşamaq, hər bir ağdamlının, hər bir azərbaycanlının ürəkləri parçalayan, qəlbləri sızladan, kədərin,qüssənin pik nöqtəsinə çatmaq , ümidsizliyə qapılmaq idi. Viran qoyulmuş Ağdam torpağı sinələrə çəkilmiş dağ idi, pərən-pərən düşmüş ağdamlıların nisgilli xatirələri idi.

İndi həmişə kədərlə qarşıladığımız o gün arxada qalıb. Ağdam azaddır.Ağdam işğaldan azad olub,Ağdam yeni nəfəs alıb,məğrurluğunu amal edib,şüar edib yenidən qurulur.

 Ağdam rayonu — Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.

Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər.

Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22.02.1988 ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev.

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi

Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi

10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi.

Görkəmli şəxsləri

Tarixən Ağdam rayonundan bir sıra görkəmli şəxslər çıxmışdır. Elm sahəsində: fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov, iqtisad elmləri doktoru Teymur Vəliyev, ilk dəfə Azərbaycanda kriminalistika kitabının yazarı professor Kəmalə Sarıcalınskaya, psixologiya elmlər doktoru Əkbər Bayramov, tarix elmlər doktoru Tofiq Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov, tibb elmləri doktoru Adilə Namazova, minerologiya elmləri doktoru Xudu Məmmədov, tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov; yazıçı və şairlər: Süleyman Sani Axundov, Cahangir Gözəlov, Bayram Bayramov (xalq yazıçısı) , Famil Mehdi, Əlfi Qasımov, Şahmar Əkbərzadə, Mustafa Çəmənli ; toxuculuq- Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmov :kənd təsərrüfatı sahəsində: Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova, Məmməd Məmmədov, Xuraman Abbasova, Yaqub RüstəmovMəleykə Quliyeva və başqaları; Mədəniyyət və incəsənət sahəsində: teatr xadimlərindən Heydər ŞəmsizadəNarıc MəlikovaMəhəmməd QuliyevSara Qədimova, xalq artisti Arif BabayevQədir RüstəmovRamiz Quliyev; idman sahəsində: Ceyhun Məmmədov və başqalarını göstərmək olar. Sovetlər dövründə Dövlət xadimləri Bahadır Vəlibəyov, ağsaqqallar İldırım bəy Vəlibəyov, İsa Bəylərov, maarif xadimləri və müəllimlər Səfərəli bəy VəlibəyovCabbar bəy İsmayıl bəy oğlu VəlibəyovMəmməd Murtuza bəy oğlu MəmmədovQurbanov Surxay İmamqulu oğluƏli Zeyni oğlu Eyvazov, Fərman Salman oğlu Bayramov, Nuriyyə Mədət qızı Rəhimova, Alı Mədət oğlu Rəhimov, Kamilə Ağdamskaya, energetiklər, Zahid VəlibəyovSurxay Vəlibəyov,Mikayıl Gözəlov.

Ağdamdan olan Azərbaycan Milli Qəhrəmanları

Şirin Mizəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar Edilov, Əlabbas İsgəndərov, Faiq Ağayev (milli qəhrəman), Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov (milli qəhrəman), Canpolad Rzayev, Nadir Əliyev (milli qəhrəman), Rövşən Əkbərov

İndi Ağdam yenidən qurulur,yeni-yeni yollar salınır, bir çox infrastrukturların təməli qoyulur.İnanırıq ki, yeni Ağdam əvvəlkindən də gözəl olacaq, sənət və elm ocağı,qəhrəmanlar diyarı kimi hər bir ağdamlının,hər bir azərbaycanlının qürur duyduğu bir şəhərə şevriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Cıdır düzündə xalqa müraciət edərkən belə deyib:

"Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır".

Şakir QURBANOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.7)

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN