Onore de Balzak (20 may 1799 – 18 avqust 1850) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Onore de Balzak  öz dövrünün ictimai həyatının bütöv mənzərəsini yaratmış böyük fransız yazıçısıdır. Onun qələmə aldığı romanlar və hekayələr bütün dünyada “Bəşəri komediya” adı altında məşhurlaşmışdır.

Aforizmlər,sitatlar

II HİSSƏ

  • Qadınlar hansısa ağılla insanların çatışmamazlıqlarını, axmaq adamın isə üstünlüklərini istedad hesab edirlər.
  • Sevmək istəyən qadınlar öz işlərinə aludə olan kişilərə şüursuz olaraq nifrət edir. Belə qadınlar özlərinin üstünlüklərinə baxmayaraq, yenə də həmişə üstünlüyə malik olmaq arzusunda olurlar.
  • Qadınlar öz məşuqlarına məğrurluqlarını təmin edən vasitə kimi baxırlar. Onlar bizdə özlərini sevirlər!
  • Qadınlar sözlərinə xüsusi əhəmiyyət verməyi bacarırlar. Onlar sözlərinə elə bir çalarlar əlavə edirlər ki, onların mənası daha geniş, daha əhəmiyyətli olur.
  • Həyat, hər cür kombinasiyanın bir-birini əvəz etməsindən ibarətdir. Həmişə əlverişli mövqedə qalmaq üçün bu kombinasiyaları öyrənmək, izləmək lazımdır.
  • Paxıl və kütbeyin insanlar heç vaxt görkəmli insanların hərəkələrini başa düşə bilməzlər. Çünki, onlar əhəmiyyətsiz, səthi bir şey görən kimi ondan ikiəlli yapışırlar.
  • Paxıllıq, nifrətin ən təsirli elementlərindən biridir.
  • Həsəd dilləri açır, heyranlıq bağlayır.
  • İncəsənətin vəzifəsi təbiəti köçürmək yox, ifadə etməkdir. Biz, şeylərin, varlıqların mənasını, görünüşünü ağlımızla dərk etməliyik.
  • Evli qadın kənizdir və onu taxtda əyləşdirməyi bacarmaq lazımdır.
  • Əgər mükəmməl gözəlliyə, valehedici xarici görünüşə heç kim heyran olmursa, deməli, onların heç bir dəyəri yoxdur.
  • İdeyalar yalnız ideyalarla zərərsizləşdirilə bilər.
  • İdeya faktdan üstündür.
  • İncəsənət, kahinləri olan dindir və onun qurbanları da olmalıdır.
  • Həzz badəsini axıra qədər içəndə orada incilər əvəzinə çınqıl aşkar edirik.
  • Həqiqət səhvləri, yanlış fikirləri o dərəcədə dağıdır ki, yalanla yaşayanlar ona qarşı üsyan edir və onu öldürmək istəyirlər. Onlar hər şeydən əvvəl həqiqəti daşıyana hücum edirlər.
  • Həqiqi sevgi öz hərəkətlərində düşüncəsizlik, ehtiyatsızlıq, vasitəsizlik, gülüş və göz yaşları kimi uşaq hərəkətlərini təkrarlayır.
  • Sevgi-yeganə ehtirasdır ki, nə keçmişə, nə də gələcəyə dözmür.
  • Sevgi bizim yenidən doğulmağımızdır.
  • Sevgi özündə insanın bütün yaxşı keyfiyyətlərini birləşdirir.
  • Sevgi evdəki söz-söhbətə, mübahisələrə dözə bilmir. Möhkəm xoşbəxtlik üçün bir-birinin yaxşı keyfiyyətlərini aşkar etmək lazımdır.
  • Sevgi, mis pulu qızıla, bəzən də qızılı misə çevirən inanılmaz bir saxtakardır.
  • İnsanlar vəba xəstəliyindən qorxurlar, amma şərab ondan da təhlükəlidir.
  • İnsanlar nadir hallarda çatışmamazlıqların nümayiş etdir, əksinə onlara cazibədar don geyindirib ört- basdır etməyə çalışırlar.
  • Kiçik adamlar qeyri-adi ustalıqla rıyakarlıq etməyi bacarırlar.
  • Dünya, içinə cib bıçaqları sancılmış bir çəlləkdir.
  • Böyük və yaramaz insan olmaqla yanaşı , axmaq, lakin ilhamlı məşuq olmaq olar.
  • Kişi sabitliyi darıxdıra bilər, qadın sabitliyi isə heç vaxt.
  • Ərlər və hökumətlər səhvlərini heç vaxt etiraf etməməlidirlər.
  • Biz başqalarını özümüzə görə mühakimə etməyə öyrəşmişik və əgər biz nöqsanlarımızı onlara həvəslə bağışlasaq da, bizim üstünlüklərimizə malik olmadıqlarına görə onları çox sərt ittiham edirik.
  • Biz o insanı qəbul edirik ki, onun ruhu sevgini cismani zövq kimi mənəvi zövq qədər arzulayır.
  • Fikir bütün xəzinələrin açarıdır. O, bizə xəsis adamın bütün sevincini bəxş edir.
  • Həyasız riyakarlıq, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır.
  • Sadəlövhlük və sadəlik uşaqlıq əlamətidir.
  • Masqaraçı həmişə səthi varlıqdır.
  • Vicdanımız onu öldürənə qədər bizim günahsız hakim
  • Axmaqlığa görə fəzilətli qadınları saymayaq, çünki məlumdur ki, sevgidə bütün qadınlar ağıllıdır.
  • Cahillik bütün cinayətlərin anasıdır. Cinayət hər şeydən əvvəl ağılsızlıqdır.
  • Zərurət, dahi üçün stimuldur.
  • Heyran qala bilməmək bacarıqsızlığın əlamətidir.
  • Bədbəxtlik xarakterlərin sınaq daşıdır.
  • Bədbəxtlik – ən yaxşı müəllimdir.
  • Heç bir kişi, heç olmasa bir qadın anatomiyasını öyrənməyincə evlənməməlidir.
  • Heç vaxt xahiş edilməyən xidmətləri göstərmə.
  • Heç kim gizli fəzilətləri axtarmayacaq.
  • Əgər qadının məşuqu olmaq mümkünsə, heç kim onun dostu olm
  • Həmişə hər şeyi üzə çıxaran insanların daxilində heç nə yoxdur.
  • Heç nə bizi qüsurlarımız qədər bağlamır.
  • Adətlər insanlardır, qanunlar ölkənin ağlıdır. Bəzən elə olur ki, adətlər qanunlardan daha sərt olur və qanunu üstələyir.
  • Çılpaq qadın paltar geyinmiş qadından daha az təhlükəlidir. Çünki, paltar geyinmiş qadın hər şeyi məharətlə gizlədərək, eyni zamanda hər şeyi də nümayiş etdirir.
  • Zövqün olmaması ikiüzlülüyün ayrılmaz qüsurlarından biridir.
  • İlk ağ saçlar ən ehtiraslı və son həvəslərə səbəb olur. Onlar mənbəyi isə tükənən güc, gələn zəiflikdir.
  • Əlyazma üçün möhür, qadın üçün teatrla eynidir: bütün fəzilətlər və qüsurlar üzə çıxır.
  • Yazıçı yalnız əqidəsi möhkəm olduqda mövcuddur.
  • Həqiqi dövlət xadimi ilk növbədə xırda ehtiraslara laqeyd qalmalıdır.
  • Ağılın vuruşduğu döyüş meydanı insanların öldüyü döyüş meydanından daha qorxuncdur. Çünki, onu becərmək əkin yerini becərməkdən  çətindir.
  • Daimi əmək həm incəsənət, həm də həyat qanunudur.
  • Həqiqət, xoşagəlməz dadı olan, amma sağlamlığı bərpa eləyən acı bir içkidir.
  • Heç bir prinsip yoxdur, lakin hadisələr var; heç bir qanun yoxdur – hallar var; hadisələri və halları idarə etmək üçün yüksək səviyyəli insanın özü bu hadisələrə və hallara qoşulur.
  • Qorxaqlıqdan və qorxudan geri qalmaq, hələ də məharətli bir manevr hesab olunur.
  • Hissiyyatla müqayisədə düşüncə xırda bir şeydir. Hiss olunan hallarda düşünmək miskin insanlara xasdır.
  • Qısqanc adam əslində arvadından yox, özü-özündən şübhələnir.
  • Kişilərdə qısqanclıq hədsiz eqoizmdən, özünəinamdan, yalançı şöhrətpərəstlikdən yaranır.
  • Ən amansız qisas, qisas almaq imkanına məhəl qoymamaqdır.
  • Şöhrət, kiçik dozalarla qəbul edilməli olan bir zəhərdir.
  • Yaşlıların göz yaşları uşaq göz yaşlarının təbiiliyi qədər dəhşətlidir.
  • Göz yaşları kimi gülüş də yolxucu
  • Zamanla vicdanın satılması ilə fasiləsiz təhqir edilən ruh dayazlaşır, nəcib fikirlərin yayları paslanır, bayağılığın ilgək qarmaqları laxlayır və o özü-özünə fırlanmağa başlayır.
  • Mükəmməl gözəllik demək olar ki, həmişə soyuqluqla, yaxud axmaqlıqla qeyd olunub.
  • Subayın vəziyyəti – cəmiyyətə zidd vəziyyətdir.
  • Hər bir millətin içində əlli, ya altmış  şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı  bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır.
  • Ehtiras, pis mühakiməçidir.
  • Ehtiras ümumi insan təbiətidir. Onsuz din, tarix, sevgi və incəsənət faydasız olardı.
  • Ciddilik, tərbiyəçinin güclü xarakteri, onun qüsursuz davranışı ilə özünü doğrultduqda və xeyirxahlıqla uyğunlaşdıqda, çətin ki, bu bizdə qəzəb hissi doğura bilsin.
  • Evlilik, vərdiş kimi əjdaha ilə daima vuruşmalıdır.
  • Kişinin istedadı qadın gözəlliyi ilə eynidir kimi fikrin heç bir əsası yoxdur. Əsl dahinin ürəyi, xarakteri istedada bərabər olmalıdır.
  • İstedad, təbii meyllərin inkişafıdır.
  • Şöhrətpərəstliyin olduğu yerdə səmimiyyətə yer yoxdur.
  • Möhkəm iradə-instinktlər üzərində, meyllər üzərində hər dəqiqə qazanılmış qələbədir.
  • Sevənlər ya heç nəyə şübhələnmir, ya da hər şeyə şübhələnir.
  • Həyat parçamız dolaşıq saplardan toxunub və onda xeyir və şər qonşuluq edir.
  • Yalnız gözəlliyi ilə ağılları alan, ürəkləri və ruhları fəth edən dar düşüncəli qadınlar hədsiz ehtiras təlqin edə bilərlər. Ağıllı qadın isə öz üstünlüklərindən sui- istifadə etməz. Kişiyə sahib olmağı yalnız miskin və axmaq qadınlar bacarar.
  • Qadının yalnız son sevgisi kişinin ilk sevgisi ilə müqayisə edilə bilər.
  • Kəndarası yolda olduğu kimi, ağılın da özünün işlək bir cığırı var.
  • Hörmət, ata-ananı kədərdən, uşağı isə vicdan əzabından qoruyan bir hərəkətdir.
  • Balıq tutmaq həvəsi məmurlara dəftərxanadakı işlərini xatırladır.
  • Fikirlərdə inadkarlıq, axmaqlığın ən düzgün əlamətidir.
  • Cəsarətli insanın uğuru bütöv bir nəsli cəsarət göstərməyə oyadır.
  • Həmişə eyni qadını sevməyin mümkün olmadığını söyləmək, məşhur bir musiqiçinin fərqli melodiyalar çalması üçün fərqli skripkaya ehtiyacı olacağına inanmaq qədər mənasızdır.
  • Qadınlara qayğı göstərərkən, bir çoxları, demək olar ki, özləri üçün yanmayacaq odun
  • Nəzakətli və təvazökar olmaq insanın mədəniliyini göstərir.
  • Yaxşı kişi axşamlar heç vaxt birinci yatmaz, səhərlər isə axırda oyanmaz.
  • Yaxşı yazılmış tarixi romanlar tarix kurslarından daha əhəmiyyətlidir.
  • İnsan, ömrünün çox hissəsini gənclik illərində qazandıqlarını ürəyindən çıxarıb atmağa sərf edir və bu proses həyat təcrübəsi qazanmaq adlandırılır.
  • Ürəyinin səsinə səs verməyən, onun ardınca getməyən insan bədbəxtdir. O, kədərli olur, əzab çəkir. Əzab isə qəzəb doğurur.
  • İnsan elə bir güclü hisslərə malik olmalıdır ki, o  bu hisslərdə həyat dairəsini genişləndirə biləcək keyfiyyətlər inkişaf etdirə bilsin.
  • Həddindən artıq asan uğur, təəccüb harayları – şöhrətin az ömürlülüyünün əlamətidir; kəndirbazla şairin uğuruna eyni qiymət vermək olmaz.

 Tərcümə etdi: Şakir QURBANOV