QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM

O al qanın, gülab oldu.

İçdi dağlar, sirab oldu.

Yolun, haqqa sarı oldu.

Tarixi- zamana, şahidim.

Qeyrətli, şanlı, şəhidim.

 

Qeyrət yox, qeyrətin üstə.

Qüdrət yox, qüdrətin üstə.

Ayaq tozun, gözüm üstə.

Tarixi-zaman, şahidim.

Qeyrətli, şanlı, şəhidim.

 

O bayrağın dan yeri tək.

Ay-ulduzu danda görək.

Alıb onu sinənə çək.

Tarix- zəmanə, şahidim.

Qeyrətli, şanlı, şəhidim.

 

Ey, Qarabağ şəhidləri!

Vətənin, qönçə gülləri,

Tariximin, şahidləri!

Tarixə zaman şahidim.

Qeyrətli, şanlı, şəhiidim.

 

Muxtaram, bunları duydum,

Dadınızdan, dadan oldum.

O üç gündə candan oldum.

Tarixi-zaman şahidım.

Qeyrətli, şanlı, şəhidim.

Qeyrətli, şanlı, şəhidim.

 

***

VƏTƏN BÖLÜNMƏZ

Seyr edib izdihamı,

Düşünüb intiqamı,

Düyüb yumruqlarını,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Bölməməkçün vətəni,

Üstün tutub şərəfi,

Geyindik al kəfəni,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Yaltaqlara kəs dedik,

Sözünüz əbəs- dedik,

Biz daha sərbəst idik,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Zülmə daha "bəs" dedik,

Hə, "atəş sərbəst" dedik,

Düşmənin başın əzdik,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Bölünməzdi bu vətən,

Uğrunda geydik kəfən,

And yerim ana vətən,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Şəhid vətən qurbanı,

Bunu anlayır hamı,

Anamızdı anası,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Övladları övladım,

Bacıları bacımdı,

O ağaran saçları,

Elə mənim saçımdı.

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 

Şair imzası qəmli,

Muxtar gözləri nəmli,

Çəkib vətən qeyrəti,

Şəhidlər ölməz dedik!

Vətən bölünməz dedik!

 Muxtar ƏZİMOV