booked.netbooked.net booked.net  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) “Mu” adlandırıb.

May ayından etibarən Domikanın böyük şəhəri olan Santo Dominqoda, həmçinin ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində “Mu” ştammına yoluxma halları aşkarlanıb.

Rəsmi məlumatlara görə, 10.84 milyon əhalisi olan Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, 4008 nəfər ölüb. İndiyə qədər 4.6 milyondan çox vətəndaş iki doza vaksin alıb.

Ümumdünya Səhiyyə Təşkilatının bu cür obyektiv xəbərlərini eşidəndə bilmirsən sevinəsən, yoxsa kədərlənəsən?Virus söhbətinin lap əvvəlindən bu təşkilat çox müdrik bir qərara gəldi ki, bəs ştammlar hələ çox olacaq, ona görə də onları qarışdırmamaq üçün hələlik onları yunan əlifbası ilə adlandıraq. Yunan əlifbasında da cəmi 24 hərf var. İndi onların 5-6  altısını qeyd etmişik. O 5-6 ştammla 5 milyona yaxın adam ölüb,200 milyondan artıq  insan yoluxub. İndi o qorxulu “delta” ştammını unudun getsin. İndiki “mü” ştammı adından da görünür ki, bir o qədər qorxulu olmaycaq.Bir də təsəlliverici fakt odur ki, 24 hərfin qurtarmasına az qalıb, 20-30 ildən sonra o da qurtarcaq və inşallah, korona bəlası da rədd olub gedəcək.

Bir şey müəmmalıdır ki, o “mü” biz tərəflərə necə gələcək? Yarasalara güvənməyin. Onlar “alfa” nı bütün dünyaya yaydılar və öz missiyalarını başa vurdular. “Delta” ya gəldikdə isə, o da bizdə yox idi, onu kim gətirdi bizim ölkəyə, məlum deyil. Yenə də ABŞ, İngiltərə, İlon-milon, Bill, Soros-moros bir şey fikirləşərlər və ola bilsin ki, virusu hər bir ölkəyə çatdırlmaq üçün hərbi təyyarələrdən-zaddan istifadə edərlər, uzaq başı İlondan bir-iki raket,peyk  icarəyə götürərlər. ÜST özü də etiraf edir ki, dünyada korona ədalətsiz şəkildə yayılır, yəni bəzi ölklərdə az, bəzilərində çox. İndi çox güman ki, bu haqsızlığı aradan qaldıracaqlar. Hamı bərabər nisbətdə ölməlidi, vəssalam!  10 faiz əhali sağ qalsa, yerin tarazlığı da düzələcək...

Bir şey də ürəkaçan deyil: insanlara hələlik 2 doza vaksin vurulub. Qabaqda minimum 22 doza da vurulmalıdır ki, hesab düz olsun. İndi gözləyək görək bu yeni “mü” ştammın vaksinini nə vaxt yaradacaqlar? Milyarderlər o biri vaksinlərdən  gələn gəlirlə varidatlarını 62 % artırıblar. İnşallah, bu “xeyirxah” “mü”yə də pul əsirgəməzlər.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN