ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.

TEZADLAR.AZ xəbər verir ki, təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

  1. Prezident İlham Əliyev 93.9%
  2. Zahid Oruc 1.8%
  3. Fazil Mustafa 1.5%
  4. Qüdrət Həsənquliyev 1.2%
  5. Razi Nurullayev 0.9%
  6. Elşad Musayev 0.4%
  7. Fuad Əliyev 0.3%