Bu gün məşhur müğənni Səxavət Məmmədovun anım günüdür

 

Səxavət Məmmədov 1991-ci ilin 30 sentyabrında avtomobil qəzasında həlak olmuşdur.

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.

 Cabbar, Bülbül, Üzeyir bəy, Seyid, Xan kimi dahilər bəxş edən Qarabağ torpağı Səxavət Məmmədov kimi bir sənətkar da yetişdirdi. Bəzən deyirlər, musiqi olan Qarabağda körpələr də "Segah" üstə ağlayırlar. Elə Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Səxavətin səsi ilə "Segah" muğamı qovuşmuşdu desək, yanılmarıq. Çünki o səsi seçilən, heç bir analoqu olmayan bir səsdir. O səsi nə qədər dinləsək, ruhumuz doymaz. Çünki bu səsdə sevincimizi, kədərimizi, həsrətimizi, sevgimizi tapırıq. Bu bənzərsiz səs bu gün də, sabah da, hələ neçə-neçə illər sonra da öz təravətin itirməyəcək. Ona görə ki, bu adi səs deyil. Bu səsin ruhu var.

 

İfaçılıq sənətində dinləyicinin, ümumən xalqın qəlbinə yol tapmaq, sevilmək, əbədiyaşarlıq qazanmaq heç də hamıya nəsib olan xoşbəxtlik deyil. Bu, Tanrının sevib-seçdiyi insanların qismətidir. Belələri əzəldən ruhu, qanı, canı ilə sənətə bağlı olur, addımbaaddım irəliləyərək zirvələri fəth edirlər. Deyirlər ki, sənətkarı mühit, zaman yetişdirir. Əgər belə olmasaydı, ustadların yolu sonrakı nəsillərin yaradıcılığında öz davamını tapmazdı. Hər bir sənətkar özündən sonrakı nəslə bir örnəkdir. Bənzərsiz ifaçılığı ilə seçilən xanəndə Səxavət Məmmədov da belələrindən idi.

 

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməmişdi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

 30 il düşmən tapdağı altında qalan Səxavət yurdu Abdal-Gülablı kəndi də azad edildi.Səxavətin qəbri tapıldı,ziyarət edildi,ruhuna dualar oxundu. Vaxtilə “Azad bir quşam” mahnısı ilə yüzlərlə insanın qəlbinə yol açan unudulmaz sənətkarın ruhu indi azaddır.

Allah rəhmət eləsin, ruhun şad olsun,böyük sənətkar!

Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA