Bildiyimiz kimi, bir aydır ki, Ermənistan ordusu təxribatlar törətmək və Azərbaycan ordusunu cavab atəşi açmağa vadar etmək üçün ardıcıl olaraq səy göstərir.

44 günlük müharibə dövründə də beynəlxalq aləmə - KİV-ə yalan məlumatlar ötürməklə özünü əzilən tərəf kimi göstərməyə, ən azından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu oyunlarına cəlb etmək üçün axıradək çaba göstərdi. Lakin KTMT –yə üzv ölkələr də görürdü ki, Azərbaycan Ermənistan ərazisində deyil, öz törpalarını mənfur düşmənin işğalından azad etmək üçün mübarizə aparır.

...Lakin Ermənustan tərəf müharibədən sonra üzərinə düşən öhdəliyi yerinə yetirməmək üçün tez-tez təxribatlara yol verir, ordumuzun mövqelərini, hətta təmir işləri aparan şirkətlərin mülki şəxslərini belə atəşə tutur.

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.

Düşmən təxribatına Azərbaycan Ordusu cavab vermək məcburiyyətində qalıb.

Və həmişəki kimi, Ermənistan tərəf, guya  Azərbaycan Ordusunun Ermənistanı və mülki əhalini atəşə tutması barədə dezinformasiya yayıb və baş nazir Nikol Paşinyan bir çox ölkələrin liderləri ilə telefon danışığı aparıb.

Məlumdur ki, Ermənistan illərdir ki, KTMT qüvvələrini oynadığı “oyun”a alət etmək istəyir... Və bu arzu ilə təxribatlar törədir, planlar qurur.

Budur, Ermənistan yenidən məzlumcasına, "əzilən tərəf" olması kələyi, yalanı ilə KTMT-dən yardım istəyib...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı  da Ermənistan və Azərbaycanın dövlət sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı İrəvanın müraciətinə münasibət bildirib. Müvafiq məlumat KTMT-nin saytında dərc olunub.

Məlumatda bütün ziddiyyətlərin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 09 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr tarixli bəyanatlarında təsbit olunmuş razılaşmalara uyğun olaraq yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğu vurğulanır.

KTMT “Rusiya Federasiyasının bu il sentyabrın 13-də saat 9.00-dan təmas xəttində atəşkəs əldə edilməsində vasitəçilik səylərini” yüksək qiymətləndirib.

Həmçinin erməni tərəfinin Ermənistana yardım üçün KTMT Kollektiv Təhlükəsizlik Şurasına müraciətindən danışan katiblik bildirib ki,  Birgə Qərargah ilə birlikdə “vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.

 

JASMİN


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA