booked.netbooked.net booked.net  

Bildiyimiz kimi, iki gün öncə Avropa Şurasının sədri Şarl Mişel 

Nikol Paşinyanın baş nazir kimi yenidən fəaliyyətə başlamasından az sonra İrəvana  səfər etdi.  Əlbəttə, Mişelin həm Ermənistan Prezidenti Sarkisyanla, həm də baş nazir Paşinyanla baş tutmuş görüşlərinin pərdəarxası məqamları barədə bir söz söyləyə bilmərik. Belə söhbətlərin səs-sədası sonra çıxır...

Bildiyimiz odur ki, Ermənistanın “Daşnaksütyun” partiyasının gənclər qanadı  Avropa İttifaqı Şurasının nümayəndələrini öz adlarına layiq, etiraz aksiyası ilə “isti “və odlu-alovlu şəkildə  - “utan”, “biabırçılıqdır” deyərək qarşılayıblar. “Daşnaksütyun”un  yeni "cücərtiləri" Avropa Şurasını Ermənistanın Qarabağdakı işğalçılığına son qoymuş Azərbaycana təzyiq göstərməməkdə qınayıblar.  Və guya Azərbaycan tərəfinin müharibə zamanı “dinc sakinləri” atəşə tutduğunu, fosforlu silahlardan istifadə etdiyini, Aİ nüamayəndələrinin Ermənistanı satın almağa gəldiklərini, Ermənistanın satılmayacağını və  ilaxır bildiriblər.

Görünən budur ki, daima Ermənistanı himayə edənlər, hələ İrəvana  ayrılmış 2.5 milyard avroluq  yardım paketinin, necə deyərlər, mürəkkəbi qurumamış bu tərz ərköyünlüklə qarşılanacaqlarını, əleyhlərinə etiraz aksiyası keçiriləcəyini heç düşünməmişdilər. Əlbəttə, əhalisinin sayı hazırda 2.5 milyon olmayan Ermənistana 2.5 milyard avroluq yardım ayırmaq, bu Soros “uşağının” başını sığallamaq, işğalçı dövlətin  Azərbaycan vətəndaşlarını illərdir evindən-eşiyindən etmişlərinə, işğal altında olan rayonlarımızı söküb-talamışlarına, yandıraraq məhv etmişlərə, saysız-hesabsız qətliamlar törədənlərinə, Tərtəri, Bərdəni, Gəncəni  viran qoyanlara verilmiş xüsusi ödülü – mükafatı idi... Onların yenidən dirçəlməsinə, Azərbaycan əleyhinə terrorçuluq fəaliyyətlərinə başlamalarına verilən rəvacdır.   

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına susanlar bu gün yenidən işğalçıları, talançıları bəsləməkdə davam edir.

***

Aİ Azərbaycana da yardım paketi ayırıb. “Yardım Paketi” adı ilə iki ölkə arasında heç bir fərq qoyulmayıb. Yalnız yardımın adında eynilik var...

Milyardlarla avro ilə ölçüləcək  dağıntılara, ekoloji terrora, yeraltı və yerüstü sərvətlərinin talanmasına məruz qalmış,  dədə-baba torpaqlarından qovulmuş əhalisini dağıntıları yenidən bərpa edərək doğma yurd-yuvalarına qaytarmaq üçün vəsait lazım olacaq Azərbaycana isə cəmi 150 milyon avro ayrılıb. Aİ-nin ədaləti göz önündədir. Budur onların Ermənistana və Azərbaycana baxış tərəzisi, “eyni gözü”!

2.5 milyard avroluq paketlə ödülləndirilən Ermənistan isə  yenidən səs çıxarır, vurnuxmaya düşüb, sərhədlərimizdə əvvəlkitək vəziyyəti gərginləşdirməyə çalışır. Yenidən havadarlarını başına yığır...

***

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dünən axşam Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər qarşılayıblar.

Düşünürük ki, Şarl Mişeldən bu ayrımçılığın, ikili standartların səbəbi mütləq soruşulacaq. Gətirəcəyi arqument isə bizim üçün çox maraqlı olacaq.

“Daşnaksütyun”çuların  “Ermənistan satılmır, satılmayacaq” şüarları isə, sadəcə oyunun tərkib hissəsidir, daha bahaya satılmaq üçün çabasıdır, minnətidir.

Amma bir məqam var, bir dəfə satılmış malın başqa alıcıları meydana çıxacaqmı, yoxsa...

YASƏMƏN MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN