booked.netbooked.net booked.net  

Gürcüstan vətəndaşları hansı ölkələri tərafdaş ölkə hesab edir deyə sorğu keçirilib…

 Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda ictimai rəy sorğusu keçirib. 24News.ge xəbər verir ki, respondentlərdən 60 %-i ABŞ-ı, 56 %-i Avropa İttifaqı, 32 %-i isə Ukraynanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı adlandırıb. Sorğuda iştirak edən Gürcüstan vətəndaşlarının 15 %-i Azərbaycanı, 10%-i Türkiyəni 4%-i isə Ermənistanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib.

***

Qeyd edək ki, adı üçlükdə ilk yerdə qərarlaşan ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində açıq şəkildə dəstəkləyir və xüsusilə də 2008-ci il Rusiya –Gürcüstan müharibəsindən sonra strateji tərəfdaşlıqları daha çox irəliləyib.  ABŞ ardıcıl olaraq Gürcüstana maliyyə dəstəyi edir - həm iqtisadi, həm hərbi.

Hələ 2016-cı ildə ABŞ-ın Avropa və Avrasiya işləri üzrə beynəlxalq inkişaf agentliyinin (USAID) administratorunun köməkçisi Tomas Melia mətbuata açıqlamasında bildirmişdi ki, 24 il ərzində ümumilikdə Gürcüstana 3,7 milyard dollar yardım ayrılıb. Göründüyü kimi, kifayət qədər cəlbedici rəqəmdir. Xatırladaq ki, Gürcüstan və ABŞ 1992-ci ildən diplomatik əlaqələr qurublar və son 5 il ərzində də ABŞ Gürcüstana kifayət qədər yardımlar ayırıb. Və hətta bir neçə il öncə ABŞ dövlət katibi Maykl Pompeo ABŞ Gürcüstan Strateji Tərəfdaşlıq Komissiyasının plenar sessiyasında Amerikanın Gürcüstana verəcəyi dəstəyin güclü və davamlı olacağı barədə mesaj da vermişdi.

Amma yenə də məşhur atalar sözündə deyildiyi kimi, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” məsəlini heç kim unutmamalıdır. Xüsusilə də əhalisinin kifayət qədər faizini azərbaycanlıların təşkil etdiyi və tarixin sınaqlarında həmişə Azərbaycanın yanında olduğu dost və qardaş ölkə hesab etdiyimiz  Gürcüstan kimi yaxın qonşumuz. Xırdalamağa gərək duymuram...

 Yalnız bu məqamda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bir cümləsini xatırlatmağı vacib hesab edirəm: “ Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməmişdir, bizə bu qədər dəstək verməmişdir. Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız vardır. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməmişdir”.

YASƏMƏN MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN