booked.netbooked.net booked.net  

Ötən gün Daşkənddə illik milli jurnalistika mükafatı olan “Öızıl Qələm” in qalibləri və laureatlarının adları açıqlanıb.

Yerli KİV-in məlumatına görə, Özbəkistanda həmin mükafatlar adətən mayın 3-də “Mətbuat Azadlığı Günü”ndə verilir, lakin bu il mərasim daha gec baş tutub.

Mərasim ( sayca 17-ci dəfə) Özbəkistan Beynəlxalq Forumlar Sarayında keçirilib.

Və əvvəlki illərdən fərqli olaraq bu il baş qalibə  “Prezidentin hədiyyəsi” yazısı olan ağ rəngli “Lasetti” markalı avtomobil hədiyyə edilib.

 Bu, Özbəkistan prezidentinin ötənilki fərmanı ilə müəyyən edilib. Həmin sənəd həvəsləndirici nominasiyaların sayını - 5-dən 12-yə, eləcə də qaliblərə verilən pul mükafatlarının məbləğinin artırılmasına da təsir göstərib.

Özbəkistan Jurnalistlər Birliyinin keçirdiyi müsabiqənin məqsədi isə milli və beynəlxalq jurnalistikanın qabaqcıl nailiyyətlərinin geniş təbliği, Yeni Özbəkistanın ruhuna uyğun yeni düşüncə tərzinin formalaşdırılması, ümumbəşəri dəyərlərin təsdiqi, ölkədə insanların informasiya sahəsində hüquqlarının təmin edilməsi, insanlara diqqətin gücləndirilməsi, insanların şüur ​​və təfəkkürünün inkişaf etdirilməsi, cəmiyyətdə aşkarlıq və aşkarlıq mühitinin gücləndirilməsi, KİV işçilərinin fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməsinə şərait yaradılması, o cümlədən jurnalistlər arasında tənqidi-analitik təfəkkürün formalaşması ,yaradıcılığa yeni yanaşma  və s.

Qeyd edək ki, müsabiqəyə 500-dən çox KİV nümayəndəsi 4000 iş təqdim edib.

Xatırladaq ki, Azərbaycanda da “Qızıl Qələm” mükafatı var. Və bu mükafat 1970-ci ildən 1991-ci ilə qədər  Azərbaycan Jurnalistlər İttifaqı  tərəfindən ən yaxşı,ən fəal, ən peşəkar jurnalistlərə təqdim edilirdi.

Lakin indi çox təəssüf ki, bu “Qızıl Qələm”i daşıyanların çoxunun, ümumiyyətlə qələmdən xəbəri yoxdur. İndi bu mükafat – kağız parçası dosta, tanışa, küçədə rast gəldiklərinə, liftdə, dəhlizdə “toqquşduqlarına”, kimə desən paylanılır. Hətta bazara çıxarılıb satılır da... Bəli, alver bazarında “50 manat ver, sənə ”Qızıl Qələm” verim” deyilir... Bəziləri pul müqabilində aldıqlarını da gizlətmir, elə vicdanlılar da var ki, özləri imtina edir, yaxud qələmi olanlar bunu özünə layiq bilmir...

Özündən razılar, müştəbehlər, ad xəstələri... də bu adı alıb, sinələrini qabardırlar...

Bəli, bizdə də “Qızıl Qələm” vardı... Bu adı kimlər daşıyardı... İndi isə bu adı eşidəndə dodaq qaçır... Çox təəssüf!!!

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN