booked.netbooked.net booked.net  

Qazaxıstanda gənclər arasında pedaqoji sahəyə maraq tibb sahəsindən daha çoxdur. Bu, özünü ali təhsil ocaqlarına keçid ballarında daha aydın büruzə verir.

 Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin Milli Test Mərkəzi 2023-2024-cü tədris ili üçün yerli ali məktəblərə qəbul üçün Vahid Milli Testin (VMT) hədd ballarını açıqlayıb.

Bu barədə QR Elm və Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, Qazaxıstanda bu il də nazirlik tərəfindən müəyyən edilmiş hədd balları dəyişməyib.

Belə ki, “Hüquq” və “Pedaqoji elmlər” istiqamətlərinə qəbul üçün ən azı 75 bal, “Səhiyyə və sosial təminat (tibb)” ixtisaslarına ən azı 70 bal, “Kənd təsərrüfatı və bioresurslar” və “Baytarlıq” ixtisaslarına qəbul olmaq üçün ən azı 60 bal, milli ali məktəblərə qəbul üçün - ən azı 65 bal, digər ali məktəblərə - ən azı 50 bal və hər fənn üzrə ən azı 5 bal toplamaq lazımdır.

Bundan əlavə, 2019-cu ildən akademik azadlıq çərçivəsində universitetlər həm ödənişli, həm də qrant əsasında təhsilə qəbul üçün öz keçid VMT ballarını müəyyən etmək hüququna malikdirlər.

Abituriyentlərin rahatlığı üçün MTM hər il ölkədəki bütün ali məktəblərin ümumi siyahıda buraxılış ballarını dərc edir. Bu məlumatlar təhsil müəssisələrinin öz saytlarında da mövcuddur.

 “Fərz edək ki, məzun riyaziyyat müəllimi olmaq istəyir. O, VMT-dən 80 balla qrant müsabiqəsinə və ya AMU-nun ( L.N. Qumilyov adına Avrasiya Milli Universiteti – Qazaxıstanın Astana şəhərində fəaliyyət göstərir -red).) ödənişli filialına müraciət etmək istəyir.

Bildiyiniz kimi, “Pedaqoji elmlər” üzrə meyar balı ən azı 75 bal, milli ali məktəblər üçün isə minimum 65 baldır. Deyəsən, bal qəbul üçün kifayətdir. Ancaq öyrənir ki, bu universitetdə bu ixtisas üzrə VNT-nin hədd balı 90 baldan başlayır. Buna görə də o, baryer ballarının 80-dən aşağı olduğu başqa universitet axtarmalıdır. Ona görə də abituriyentlər təhsil almaq üçün müraciət etməzdən əvvəl ali məktəblərin baryer ballarını bilməlidirlər”, - MTM-nin direktoru Ruslan Emelbayev bildirib.

 ***

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 4-cü qrup üzrə bəzi ixtisaslar üzrə keçid balı aşağıdakı kimidir.

Ölkənin yeganə ali tibbi təhsil ocağı olan Azərbaycan Tibb Universiteti : Əczaçılıq Ə 547.1 (547.1),  Fizioterapiya və tibbi reabilitasiya Ə 569.8 (579.4),  Tibb bacısı işi Ə 505.9(512.8),  İctimai səhiyyə Ə 563.7 (563.7), Stomatologiya Ə 596.2 (596.2), Tibb Ə 585.9(610.6),  Tibb (tədris ingilis dilində) Ə 672.2 (672.2).

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  3-cü qrup üzrə keçid ballarının bəziləri isə belədir:

Azərbaycan dili və ədəbiyyatı Ə 412.7 (466.0) müəllimliyi,  İbtidai sinif müəllimliyi Ə 349.4(410.9), İbtidai sinif müəllimliyi (tədris ingilis Ə 447.1(447.1) dilində),  Korreksiyaedici təlim Ə 323.5 (383.9), Məktəbəqədər təhsil Ə 352.8 (352.8), Tarix müəllimliyi Ə 398.8 (457.0), Təhsildə sosial-psixoloji xidmət Ə 385.8 (385.8), Xarici dil müəllimliyi (ingilis dili Ə 415.2(501.8) üzrə,  Xarici dil müəllimliyi (fransız dili Ə 200.0 ( – ) üzrə,  Sosial iş Ə 423.7 (423.7).

Göründüyü kimi, tibb sahəsi üzrə keçid balları 600 bala yaxındır , hətta 700 bala yaxındır, pedaqoji sahə üzrə ixtisaslarda isə 400 baldan bir qədər yüksək, hətta  400 baldan da aşağıdır. Əlbəttə, ödənişli və ödənişsiz  əsaslarla təhsil almaq məsələsi də var...

 Onu da diqqətə çatdıraq ki, Azərbaycanda qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30, riyaziyyat fənnindən 25, olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir.

 İxtisas qrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir:

I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);

II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1);

III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5), kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1);

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN