booked.netbooked.net booked.net  

Nizami Süleymanoğlu

Kin, nifrət enerjisi sevgi, anlayış enerjisi ilə ram ediləndə dünya toxdayır

“Rusiyanın səhvi iddiasının zorakı metodunda olduğuna görə Putini suçlayırlar”

...Xalqlar kimi insanlar da dünyanı fərqli görür. Baxışlar da müxtəlif olub uzlaşmaya bilər.  Mənfi streotiplər xalqların aşağılanmasına, insanların intellektual inkişafına ciddi əngəl yaradır. Fərqində olmaq idrakı açır, yol göstərir, enerji, frekans sahəsinin dəyişməsinə xoş təsir göstərir. Kainat və insanların kombinasiyalarla iç-içəliyi mövcuddur. Bir-birinə bağlılıq kainatın bütövlüyündəndir. İnsanlar da kodlarla bir-birinə bağlıdır. “NƏ VARSA ALƏMDƏ - HAMISI VAR ADƏMDƏ”. 

 Dünya diqqəti pandemiyadan sonra Ukraynaya fokuslandı və yağışdan çıxıb, yağmura düşmüş kimi oldu. Dünyanın refleksi yoxlandı. Bəşəriyyətin immun sistemi psixoloji, fiziki cəhətdən fəqli sınaqlara məruz qaldı. Dünya əhalisi genetik nəzarətə alındı, bəşəriyyətin genetik xəritəsi tərtibləndi. COVİD-19... Rəqəmlər 1-lə başlayıb, 9-la bitir... 0-lar öz yerində. Bir - pandemiya, iki - meşə yanğınları və iqlim məsələsi, üç - savaş və sairələr... Silsilə 9-da tamamlanacaq. QLOBALİZMİN TAM VƏ QƏTİ TƏNTƏNƏSİNDƏ...

Ukrayna xalqı ilə ümumi, ortaq dəyərlərə sahib olduğuna görə bəşəriyyətdə ukraynalı obrazına identifikasiya baş verdi. Bəşəriyyət savaş prosesini ukraynalı oxşarlığında yaşayıb, narahatlıq duyğusu keçirdi. Buna görə Ukrayna dirənişini alt şüurunda hazırlayıb bu xalqa rəğbət, simpatiya bəsləyir. Ukraynadakı qorxular, həyəcanlar, problemlər DÜNYA İNSANINA doğma dərdləri kimi görünür. Ukraynalıların yaşadıqları gərginliklər, streslər bəşəriyyətin beynində analoji stresin biotoklarını yaratdığından ukraynalılıq dünya insanlığı ilə böyük miqyasda birgələşib. Ukrayna sevgisini müqayisəedilməz səviyyədəki mübarizə gerçəyi, həm də anti-müharibə, anıti-Rusiya hissi də tətiklədi. Hər halda, zamana yaralı Ukrayna buraxıldı. Məlum ölkədəki nəticə dünyada zülmün-sülhün, demokratiya-avtoritarlığın səmtlərinə xeyli təsir göstərəcək. Tarix boyu insanlar ölüm qorxusu ilə qorxudulub. Qorxudulma şəkil, forma, metod və sair bənzər dəyişmələri ilə davam edəcək.

Dünyanı yönəldənlər hər şeyin içindədir. Suyun, qidanın, toxumun, tarixin, sərvətin, pul-paranın, televiziyanın, internetin, silahın, elmin-helmin, yazı-pozunun və sair silsilə gözəlliklərlə çirkinliyin, ağ-qara təzadların... Qlobalizmin hesab verəcəyi bir şey yox! Onlar hesab vermir, hesablaşır...

...Pərdə arxası ilə savaşmaq çətindir. Pərdə arxası qarşı tərəfi görür. Qarşı tərəf isə pərdə arxasını görmür. Kainatda hər şey Allahın iradəsi altındadır. Dünyada çox şey də pərdə arxasının nəzarətində...

***

Azad olmaq istəyən xalq da, insan da öncə öz içinə azadlıq verməlidir. İnsan və xalq başqalarına sevgi, pozitiv enerji ötürəndə özünü də müsbət enerji ilə yükləmiş olur. Bunun əksi isə tərsini yaradır. Bu bumeranq təsiridir, effektidir.

Bəzən bir əsas səbəb 30-40 səbəb yaradır lazımi nəticə üçün. Ukrayna hadisələri zəncirvari, mürəkkəbliklərlə, labirintlərlə, tələlərlə, məqsəd içində məqsədlərlə və sairələrlə gələcəyə aid incə cizgiləri, mesajları xatırlatdı...

Bəşəriyyət dünyada gedən qlobal gedişatın tamaşaçıları, izləyiciləri olaraq iştirakçılarıdır. Təbii ki, aktiv və ya passiv görünüşdə. 

...“Təzadlar” bir il öncə məqalə başlığında yazmışdı ki, Putinin putinliyini itirməsi, Rusiyanın rusiyalılığını itirməsi anlamına gələr... Putin - rusların putat (qarışdırmaq) sözündən gəlir. Siyasətdə təsadüf heç nə olmur. Rusiya-Ukrayna qarşıdurmasının nəticəsi ilk növbələrdə Amerikanın Çinə qarşı fərqli məqsədlərlə qabaqlayıcı tədbirləri sırasındadır.

Üçüncü Vasili Roma imperiyasının gözəli ilə nikahdan sonra özünü Romanın, Bizansın Rusiyadakı mirasçısı saydı. Estafet Rusiyanı ucaldan böyük Pyotra keçdi. Putin də böyük Pyotrun (axmaqlar ona “dəli Petro” dedi) böyük idealının varisi, tərənnümçüsü və ya Rusiyanın son mogikanı... Zaman onun zamanı deyil, düşüncəsində olanları anlamaq olar. Ancaq böyük adamları anlamaq üçün gərək zamandakı hadisələri, hissələri birləşdirəsən ki, mənzərəyə də bütöv baxasan. Hələ o da var ki, hər baxan görməz... Təsadüfi deyil ki, O, SSRİ-nin dağılmasını XX əsrin geopolitik fəlakəti adlandırmışdı. Baxın, Rusiya dövlətçiliyi sınağa çəkilirsə, Rusiya da məhz Putinin şəxsində dünyanı sınağa çəkir. Adi məsələ deyil. Ssenari müəllifi qlobalizmsə bu qobalizmin özünün də sınağıdır. Yəni qlobalizm bir tərəfdən də rus ayısını əhlilləşdirməsə, etibarı sarsıla bilər. Antiqlobalist hərəkatın miqyası böyüyər. Dünya idarəçiliyinin özəyi də, özəlliyi də etibarsızlaşmış olar. Əlbəttə, bütün sınaqların yekunu Allahın sınağından başlayır, yayılır, proyeksiyalanır. Kainat əlaqəlidir. Kvantum fizikası da təsdiq edir ki, proseslər, hadisələr bir-biri ilə zəncirvari silsilələnir, ardıcıllaşır. Putin proseslərə Pyotrun gözlərindən baxmaqla, baxışını qlobal məqsəddə birləşdirir. Putinə nüvə silahı işlətməkdən çox nüvə mesajı ilə psixoloji qorxudan təsir imkanı tanınmış kimidir. Bu, Amerikanın təhrik psixologiyasının içindədir. Məlumdur ki, dünya güc dəngələri, mərkəzləri yenidən şəkillənəcək. Rusiya rəhbəri bu labüd şəkillənmədə Rusiyanın statusunun böyüklük davasını tələb etdi. Rusiyanın səhvi iddiasının zorakı metodunda olduğuna görə Putini suçlayırlar. Təsadüfi deyil, belə olmalı idi ki, belə oldu... DÜNYA İNSANXANASINDA İSTƏNİLƏN FİKRİ BƏŞƏRİYYƏTİN BEYNİNƏ YERİTMƏK SAMAN ALTINDAN SU YERİTMƏK KİMİDİR. Fikrimcə, Putin kimi rasional hesablayan irəliləyici Ukraynadakı nəticəni nəticədən öncə hiss etməyə, görməyə, hesaba almaya bilməzdi. Putinin Ukrayna zorakılığında onun etiraz etməyəcəyi, imtina edə bilməyəcəyi yönləndirmə nəzərə alınmaya bilərdimi? Bu sualın cavabı zamanın və hər kəsin öhdəsinə buraxılır. “Rusiyasız nə dünya?” deyən Rusiya Qarabağda öncə qan əkdi, sonra da mina. İndi qlobalizm ona əkdiklərini biçdirir. Rus stratejisi qan və göz yaşı ilə köçkün, qaçqın, yurdsuzlaşdırma, viraniliklər yaratmaqdır.

Ukraynanın keçmiş prezidenti Poroşenkonun 12 mart 2022-ci il tarixində “Xəbər-Türk”də bir qənaəti getdi: “Əgər siz özünüzün şantaj edilməyinizə izn versəniz, Putin daha da irəli gedər”.

Ukraynadakı gedişatın nəticəsi “DƏLİ ADAM” nəzəriyyəsinimi dövriyyəyə keçirəcək? Bunu zaman göstərər. Biri var dəlilik, biri də var guya dəliymiş kimi oynamaq... Tarix göstərir ki, zamanın səmtini dəyişməkdə psixopatlar önəmli təsir göstərir. Hələ bu harasıdır? Dünyanın bir sıra məntəqələrində narazı, etirazçı, fərqli iddialı, avantürist, mazoxist və sair qüvvələri ilə xalqlar qızışdırılıb müxtəlif vədlər, maraqlar, yönləndirilmələrlə dünya dəliliyinə sürükləndirilməyəcəyi də istisna olunmur. DÜNYA ALÇAQ YER DEMƏKDİR. Alçaq yerdə alçaq hesablar çox olar.

Amerika yatırımları, sanksiyaları səbəbləri içində məlum təhrikçiliyini ört-basdır etmək gerçəyinin də varlığını demirəm. Ancaq deyilənə görə, dünyanın 100 silah şirkətinin 41-i Amerikanındır. Müharibələr nə qədər çox uzun sürsə, dünya silah sənayesi, banklar da o qədər çox qazanar. Gənclər də çox ölər, artım da o qədər artım kimi olmaz.

***

Ukrayna dünyada SİREN - vahimə səsi effekti yaratdı. Ukraynalılar sülhsevər qüvvələrin köməyi, xüsusən xalq iradəsi ilə imkan vermək istəmədi ki, Rusiya onların şəxsində bəşəriyyəti qorxaq olmaları ilə aşağılamış olsun. Onlar qəhrəmanlıqlarını zora qarşı qalxana çevirib zülmə dirəniş simvolu yaratdı. Ukrayna görüntülərinin təsirinə məruz qalan bəşəriyyət də haqsızlığa qarşıçıxma qabiliyyətini itirmədiyini sərgilədi. Dünya xalqları anlayır ki, həyat boşuna yaşanmayacaq qədər dəyərli, önəmlidir. Ukrayna əzabları dünyanın ərazicə yaxın ölkə xalqlarına şaxələndiriləcək. Ancaq Ukrayna sevgisi də, örnəyi də dünyaya şaxələnməkdə davam edəcək. RUSİYANIN ŞOVİNİZM GENİ UKRAYNA VASİTƏSİLƏ XEYLİ ZƏİFLƏDİLDİ.  

Hadisələrə nəticədən baxmaqla, səbəbdən baxmaq fərqlidir. Çinə Rusiya-Ukrayna qarşıdurması gərəkliləri xatırlatdı. Çini ən azı son 100 ildə kimlərin Çin etdiyini nə Çin unudar, nə də ki, Cin...

Ukrayna qlobalizmin cəbhə xəttinin zarafat meydanı olmadığını hiss etdirdi. Ancaq səhnə böyüyəcək. Ukraynaya Avropanın hər hansı köməyi Avropanı motivasiyalaşdırıb səfərbər edir. NATO baxışlarında Çin (Amerikaya nəzərən) rəqibdirsə, Rusiya təhdiddir. Rusiyaya sanksiyalar təsir göstərir. Çinə belə sanksiyalar keçməz. Ağıllı kredit sistemi qurub, qapalı həyat tərzinə də vərdişlidir. Çinin Rusiya ilə ortaq maraqları var. Necə olsa da, sosialist, kommunist müttəfiqliyindən gəliblər. Ancaq tarix fərqli maraqları da zamana gətirir. Amerika Rusiyaya diktə etmiş kimi oldu. Çinlə həm ticarət, həm ziyarət, həm də siyasətini aparacaq.

Türkiyə yaranmış şəraitdə Doğu Türküstanın gələcəyini də düşünməlidir. Əks halda, Türkiyənin əvəzinə düşünəcəklər. Türkiyənin manevr imkanları genişdir. Türkiyə yalnız Türkiyədən ibarət deyil. Uluslarası hüquqla incəlik göstərib yəqin ki, ədalətli qalmaq imicini qorumağa baxar. Hüququn varlığı inkaredilməz, hətta hüquq nə qədər pozulsa da. Türkdilli xalqların taleyi Türkiyənin stratejisindən çox asılıdır. Rusiya-Ukrayna gərginliyi göstərdi ki, dünyanın anlaşmaya böyük ehtiyacı var. Niştsenin də bir ifadəsi var, deyir: “İncidib, bağışlamaq da bir nəciblikdir”. Amerika incidir, sonra xilaskarlıq jestlərini sərgiləyir...

Türkiyə göstərdi ki, anlaşma xatirinə hətta incikliyi də unutmazlıqla kənara qoymaq mümkündür. Bu dünya hamımızındır, Amerika! ...Düşüncənin sürəti saniyədə 2 milyon 800 min km-dən çoxdur.

Stres, depressiya uzun zaman olursa, insanlar heyvaniləşər. Bəşəriyyət vəhşiliyi Ukraynada gördü. Böyüklük gözəldi. Türk mənəviyyatı deyir: İNSAN GƏRƏK ELƏ YAŞAYA Kİ, ÖLƏNDƏ DƏ ÖLMƏYƏ. İnsan möcüzədir. ZELENSKİ bunu dünyaya sərgilədi. Bir Zelenskiyə görə onun yəhudi kökənliyi də dünyamiqyaslı əlavə divident qazandı. Siyasi sevginin, sevgili siyasiliyin simvolu oldu Zelenski. Pandemiya dünya qocalarına qəsd etdi. Ancaq baxın, Co Bayden qocalığı ilə qocalığı da sevdirdi. Öləndə də ölməmək üçün...

***

Zelenskiləri doğan dünya analarına ithaf:

Zamandan əcaib nağıllar doğur,

Dəli fikirlərdən ağıllar doğur,

Analar qəhrəman oğullar doğur,

Səni Yaradana şükür, ay Ana!

 

P.S. Rusiya-Ukrayna cəngi göstərdi ki, Azərbaycan cəmiyyətinin qınadığı məlum “Müttəfiqlik sazişi” ölü və ya anormal doğulmuş uşaq kimidir. Və ya vaxt qazanmışlığa hesablanmış, zamanın öhdəsinə buraxılmış sənəd kimi... Möhtərəm İlham Əliyev Lukaşenko kimi adi, məhdud prezident deyil. Bu, Azərbaycanın geostrateji mövqeyi və böyük etnosun milli kimliyi ilə əlaqəlidir. O mənada, Azərbaycan dünyanın Türk və türksevər coğrafiyasında fərqli vibrasiyalar yarada bilər. Bu imkan arsenaldadır və “44 gün”ün əməliyyatlarının təlqinləri də bunu göstərdi.

P.P.S.  SEVİNC:

Ağac kökünün üstündə bitdiyinə görə ustad şair Bəxtiyar Vahabzadəyə övladı kütləvi rəhmət oxutdurur.

KƏDƏR:

Ad-soyadında məlum əleyhissalamı xatırladan, iki “Əli” olan həbsdə sənə görə çürüsün, sən də adın İslam ola-ola sus... Susmaq qızıldır...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN