booked.netbooked.net booked.net  

İyulun 24-də Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) səsdən sürətli hava-reaktiv mühərriki daşıyan kiçik tədqiqat raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Hazırda mühərrikin JAXA tərəfindən araşdırılıdğı qeyd edilir. Bildirilir ki, həmin mühərrik atmosferdəki oksigendən istifadə edərək mühərrik yanacağını onun içindən keçən hava axını ilə səsdən sürətli şəkildə yandırır. Raketdə əlavə yüklənmiş oksigenə ehtiyac olmadığı üçün hava-reaktiv mühərriki daha ağır yük daşımağa imkan verəcək.

JAXA S-520-RD raketini bazar günü səhər saat 05:00-da Yaponiyanın cənub-qərbindəki Kaqoşima prefekturasındakı Uşinora Kosmik Mərkəzindən kosmosa buraxıb.

Raket buraxılışdan 3,5 dəqiqə sonra 168 kilometr yüksəkliyə qalxıb. Raketin uc hissəsində gəmidən ayrılmış hava-reaktiv mühərriki üçün sınaq avadanlığı olub.

JAXA-nın komanda rəhbəri Tani Koişiro jurnalistlərə bildirib ki, sınaq zamanı əldə edilən bütün məlumatlar bir yerə toplanacaq və bu sınaq mühərrikin inkişafında böyük bir addım olacaq.

Qeyd edilir ki, sınaq buraxılışı Yaponiya Müdafiə Nazirliyinin Satınalmalar Agentliyi tərəfindən hazırlanmış layihənin bir hissəsidir. Bu layihənin gələcəkdə müdafiə sahəsində istifadə olunacağı bildirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN