booked.netbooked.net booked.net  

Özbəkistanda “Twitter”, “VKontakte” və “WeChat” sosial şəbəkələrinin fəaliyyəti blokdan çıxarılıb.

Bu barədə, ölkə prezidenti yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin mətbuat xidməti məlumat yayıb.

 Ötən ilin yayında Uzkomnadzor “Fərdi məlumatlar haqqında” qanunun pozulması ilə əlaqədar (bütün internet resursları respublika ərazisində özbəkistanlıların fərdi məlumatlarını qorumalıdır)  “Skype”, “Twitter”, “TikTok”, “VKontakte” və “WeChat”ın fəaliyyətini məhdudlaşdırıb. Mart ayında yalnız Skype Özbəkistanda fəaliyyəti məhdud olan resursların reyestrindən çıxarılıb.

“Bu gündən ölkəmiz ərazisində “Twitter”, “WeChat” və “VKontakte” sosial şəbəkələrinə maneəsiz giriş tam bərpa edilib”, -deyə məlumatda bildirilir.

 Eyni zamanda, qurum “TikTok” ilə danışıqları davam etdirir və Agentlik onların nəticələri barədə daha sonra məlumat verəcək.

"Kilitləmələr yalnız inkişafa zərər verir", - mətbuat xidməti əlavə edib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN