booked.netbooked.net booked.net  

 “Ölkəyə idxal edilən balların çoxu gömrük orqanlarından təbii bal adı ilə keçirilmir.”

Bunu Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov bildirib.

Sədr Azərbaycanda satılan saxta və keyfiyyətsiz ballar məsələsinə toxunaraq qeyd edib ki, həm yerli, həm də xarici ballar arasında belələri var.

“Konkret rəqəm söyləyə bilməsəm də, Azərbaycanda saxta balın dövriyyəsinin kiçik olmadığını deyə bilərəm. Saxta, keyfiyyətsiz balların arasında yerli istehsal olanlar da, xaricdən gətirilənlər də var. Məsələn, dünyanın ən ucuz balı olan Ukrayna balı Azərbaycanda Qırğızıstanın tyanşan balı adı ilə satılır. Azərbaycana saxta ballar əsasən, Rusiyadan, aşağı keyfiyyətli ballar isə İrandan gətilir. Belə balların dövriyyəyə buraxılması ümumilikdə bal bazarına mənfi təsir edir”, - deyə bildirib.

Elxan Ələkbərovun sözlərinə görə, idxal edilən balların çoxu gömrükdən keçərkən təbii bal adı ilə keçirilmir.

“Azərbaycana il ərzində təxminən 100 ton bal idxal edilir. Amma hesab edirəm ki, real rəqəm bundan daha çoxdur. Ölkəyə idxal edilən balların çoxu gömrük orqanlarından təbii bal adı ilə keçirilmir. Onlar Azərbaycana bal esansı adı ilə daxil edilir, daha sonra isə təbii bal adı ilə satılır. Ona görə də statistik rəqəmlərlə real rəqəmlər arasında xeyli fərqin olduğunu düşünürəm. İndiyədək Azərbaycana ballar əsasən, Rusiya, Ukrayna, İran və Almaniyadan gətirilib”, - o, qeyd edib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN