Bu ilin avqust ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,9 Mbit/s təşkil edib.

TEZADLAR.AZ xəbər verir ki, "APA-Economics"in "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici iyul ayı ilə müqayisədə 1% azalıb.
Cari ilin avqustunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyul ayının göstəricisi ilə müqayisədə 3,1% azalaraq 8,92 Mbit/s olub.
Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,79 Mbit/s və 8,62 Mbit/s təşkil edib. Avqust ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 1 pillə geriləyərək 61-cı yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (122,77 Mbit/s), BƏƏ (118,42 Mbit/s) və Qətər (114,28 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin avqust ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,15 Mbit/s, çıxış sürəti isə 22,89 Mbit/s təşkil edib. İyul ayı ilə müqayisədə giriş sürəti 6,3%, çıxış sürəti isə 3,6% artıb.
Bu ilin avqust ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə 1 pillə geriləyərək 122-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur– 219,01 Mbit/s, Çili– 211,43 Mbit/s və Tayland – 188,75 Mbit/s olub.
Bu ilin avqustunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 69,14 Mbit/s və 29,09 Mbit/s təşkil edib.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA