Çinin İnsanlı Kosmos Uçuş Proqramı İdarəsi bu gün “Tianzhou-5” yük kosmik gəmisini milli orbital stansiyaya göndərib.

Bunu Çin Mərkəzi Televiziyası canlı yayımlayıb.

CZ-7 Y6 daşıyıcı raketi Pekin vaxtı ilə saat 10:03-də (Moskva vaxtı ilə 05:03) Haynan adasının şimal-şərq sahilindəki Vençan kosmodromundan buraxılıb.

Çinin İnsanlı Kosmik Uçuş Proqramı Administrasiyasının məlumatına görə, “Tianzhou-5” noyabrın sonunda orbitə çıxması gözlənilən “Şençjou-15” kosmik gəmisinin ekipajı üçün qida, avadanlıq və əşyalar çatdıracaq.

Ehtimal olunur ki, bu dəfə stansiya ilə birləşmə Çinin oxşar yük gəmilərini buraxdığı vaxtdan iki dəfə tez baş verəcək. Məsələn, may ayında orbitə göndərilən "Tyançjou-4" kosmodromdan buraxıldıqdan təxminən yeddi saat sonra bunu həyata keçirib.

E.ŞİRİNOV