booked.netbooked.net booked.net  

Hibrid avtomobilləri ƏDV-dən azad edildi.

Vergi Məcəlləsinə bir sıra sosial xarakterli güzəştlərdən ibarət dəyişikliklər edilir. Onlardan biri də hibrid avtomobillərin daha bir il müddətinə ƏDV-dən azad edilməsidir.

Məqsəd hibrid avtomobillərə marağın artırılması və ölkəmizdə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəni stimullaşdırmaqdır.

“Azərbaycanda təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prinsipi yaxın 10 il üçün də sosial –iqtisadi inkişaf istiqamətində 5 milli prioritetdən biri kimi təsdiq edilib. Bu çərçivədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı, dövriyyəsi və istisamar üçün həm güzəştlər, həm də imtiyazlar müəyyənləşdirilib.

Belə ki, ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2500 kub.sm-dən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.

Qeyd edək ki, bütün dünyada ekoloji cəhətdən təmiz avtomobillərə maraq artıb.

  Daimler AG-nin lüks avtomobil markası Mercedes-Benz də elektrikli avtomobillər sırasına qoşulmağa hazırlaşır. 2025 -ci ildə avtomobil istehsalının yarısını,

2030 -cu ildə isə hamısını elektrikli avtomobillərə həsr etməyi planlaşdırır.

ötən il elektriklə işləyən avtomobillər Avropa bazarının yüzdə 10,5-ni təşkil edib.

Azərbaycanda da elektriklə işləyən avtomobillərə maraq var.

Dövlət Gömrük Komitəsin məlumatına görə, 2022-ci ilin ilk 10 ayı ərzində 9 770 hibrid mühərrikli minik avtomobili idxal edib.Lakin bu rəqəm 2021-ci ilin eyni dövründən 263 ədəd, yaxud 3 faiz aşağı göstəricidir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN