Cari ildə Gürcüstandan Azərbaycana 245,1 milyon ABŞ dolları dəyərində 25 096 avtomobil ixrac edilib.

Gürcüstan mətbuatında gedən məlumatdan, belə başa düşülür ki, ölkəmizin adı bu ölkədən ikinci əl avtomobil idxal edən ölkələr sırasında ilk yerdə qərarlaşıb.

Məlumatda qeyd edilir ki, son dövrlər Gürcüstanda satışa çıxarılan ikinci əl avtomobillərin qiyməti artan templə yüksəlir və ekspertlər bunun səbəbinin ikinci əl avtomobillərin xaricə ixracının artmasında, bu səbəbdən də larinin dollar qarşısında dəyər qazanmasında görürlər.

Qeyd edək ki, həmin avtomobillərin bir çoxunun (əzilmiş, hava yastıqları açılmış, suya düşmüş və s.) Amerikadan Gürcüstana çox ucuz qiymətə  gətirildiyi, oradakı ustalar tərəfindən təmir edildiyi və Azərbaycan alıcısına satıldığı da heç kəsə sirr deyil. Yəni avtomobil alıcılarının bir çoxunun ikinci əl avtomobil almağa olan marağı da onların təzə avtomobillərin qiymətindən bir qədər ucuz olması ilə əlaqədardır

Qeyd edək ki, həmin avtomobillərin alış qiymətinin və təmirininə çox ucuz başa gəlməsinə baxmayaraq, ölkəmizə heç də ucuz qiymətə gətirilmir, həmçinin yerli alıcıya satılarkən də çox baha qiymətə satılır.

Xatırladaq ki, bu ölkədən təkcə iyul ayında Azərbaycana - 30,3 milyon ABŞ dolları dəyərində 2 652 ədəd ikinci əl avtomobil idxal olunub.

...İkinci əl avtomobillər cib üçün bir qədər sərfəli olsa da, ekologiyamız bunun əvəzini çox ağır ödəyir.

Y.MƏMMƏDLİ