booked.netbooked.net booked.net  

Biz daha çox özünü doğruldan, bazar tərəfindən qəbul edilən və müəyyən mənada satışları olan startaplara üstünlük verəcəyik.

Bu fikri “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim bildirib.

“Konkret kateqoriyalara gəlincə, söhbət maliyyə, təhsil, kənd təsərrüfatı, qida, süni intellekt, bulud texnologiyaları və s. sahələrə aid layihələrdən gedir. Hətta kifayət qədər çətin olsa da, müstəsna hallarda yüksək texnologiyalı məhsulların istehsalı layihələri də nəzərdən keçirilə bilər. Əsasən, Azərbaycan, Orta Asiya və Şərqi Avropa ölkələrini əhatə edən coğrafiyalara sərmayə qoyacağıq. Əsas meyarlar bunlardır”, - deyə fondun rəhbəri qeyd edib.

Xatırladaq ki, "Caucasus Ventures" Fondunun 11,3 milyon manatlıq büdcəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “PAŞA Holdinq” tərəfindən ayrı-ayrılıqda yatırılan 5 milyon manat, eləcə də fərdi sahibkarlar tərəfindən yatırılan 1,3 milyon manat vəsait hesabına formalaşıb.

Qeyd edək ki, Fondunun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır.

Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu innovasiya ekosistemində maliyyə axınını təmin etməklə startapların inkişafına önəmli töhfə verəcək.

5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN