booked.netbooked.net booked.net  

“UzAuto Motors” ƏDV dərəcəsinin 15%-dən 12%-ə endirilməsi hesabına mövcud müştərilər üçün avtomobillərin qiymətini azaldır.

Özbəkistanda “UzAuto Motors” avtomobilləri ucuzlaşacaq. Bu barədə avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvar ayından ƏDV dərəcəsinin 15%-dən 12%-ə endirilməsi ilə əlaqədar şirkət “mövcud alıcılar üçün” avtomobillərin qiymətini aşağı salır.

“Avtomobillərin dəyərinin aşağı salınması müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etmiş fiziki və ya hüquqi şəxslər tərəfindən avtomobilin alqı-satqısı ilə bağlı mövcud müqavilələrə şamil ediləcək”, - məlumatda deyilir.

Şirkət müqavilə əsasında avtomobilin dəyərinin aşağı salınmasının məbləği və digər məsələlərlə bağlı məlumat almaq üçün alıcılardan dillerləri ilə əlaqə saxlamağı xahiş edir.

Daha sonra qeyd edilib ki, müqavilə bağlayan və müqaviləyə uyğun olaraq bir həftə ərzində əvvəlcədən (avans) ödəniş edən (müddət Yeni il bayramları ilə əlaqədar olaraq uzadıla bilər) alıcılar avtomobilin bütün məbləğinə ƏDV endirimi məbləğindən endirim əldə edəcək.

Yerli KİV-in məlumatına görə, yanvarın 17-dən etibarən “UzAuto Motors” əvvəllər bağlanmış müqavilələr əsasında müştərilərə avtomobillərin verilməsini bərpa edib. Lakin şirkət müqavilənin yenilənməsindən sonra mümkün qiymət artımını şərh etməyib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN