Mercedes 2025 -ci ildə avtomobil istehsalının yarısını,

2030 -cu ildə isə hamısını elektrikli avtomobillərə həsr etməyi planlaşdırır.

Qlobal istiləşmə artdıqca, bir çox məşhur avtomobil markaları bir-bir elektrikli avtomobil istehsalına keçir.

Daimler AG-nin lüks avtomobil markası Mercedes-Benz də elektrikli avtomobillər sırasına qoşulmağa hazırlaşır. Şirkət 2025-ci ilə qədər satışlarının yarısını, 2030-cu ilə qədər isə hamısını yalnız batareyalı və ya plug-in hibrid avtomobillər olaraq proqnozlaşdırır.

Rəhbərlik 2022-2030 -cu illər arasında akkumulyatorlu elektrikli avtomobillərə qoyulan ümumi investisiyaların 40 milyard avronu keçəcəyini bildirib.

Qeyd edək ki, ötən il elektriklə işləyən avtomobillər Avropa bazarının yüzdə 10,5-ni təşkil edib.

Azərbaycanda da elektriklə işləyən avtomobillərə maraq var. Məlumatlara görə,  2020-ci ildə Azərbaycana elektriklə işləyən 5247 avtomobil gətirilib. Bunun isə ümumi avtomobil idxalının cəmi 10%-i qədər olduğu bildirilir. Yəqin ki, zaman keçdikcə benzinlə çalışan avtomobillər də tarixin yaddaşında qalacaq... 

Həmçinin nəzərə alsaq ki, bu gün dünyada ən aktual məsələlərdən biri ekoloji təmizliyin - ətraf mühitin qorunmasıdır, deməli ölkəmizə də daha çox ekoloji təmizliyin qorunmasına hesablanmış avtomobillərin gətirilməsi vacibdir.

JASMİN