İsrailin lazer silahları kamikadze dronları vura bilər.

İsrail Müdafiə Nazirliyinin araşdırma və tədqiqat idarəsi (MAFAT)  zərərsizləşdirmə prosesinin bir hissəsi olaraq sahədə partlayıcı maddələri aşkar etmək üçün virus və ya mikroblar da hazırlamaq istəyir.

Qurumun rəisi, general-mayor Daniel Qold bildirib ki, İsrailin hava hücumundan müdafiə lazerləri İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya göndərdiyi kamikadze dronları vurmağa qadirdir.

Tel-Əviv Universitetində süni intellekt mövzusunda keçirilən konfransda çıxış edən MAFAT rəisi rəhbərlik etdiyi qurumun “lazerlərdən istifadə edərək gələcək nəsil” inkişaf etdirməyə çalışdığını bildirib.

Bu barədə “The Jerusalem Post” yazır.

General “çox mürəkkəb lazer silah sistemi ilə” raketləri məhv etmək üçün çoxsaylı uğurlu sınaqlardan danışdı.

"Biz minaatan, raketlər və pilotsuz təyyarələr üçün də eyni şeyi etdik. İran PUA-ları Ukraynaya göndərilirmi? Bu, eyni konsepsiyadır. Biz onları da vura bilərdik”, - deyə general bildirib.

 

JASMİN