“Biz proqramdan yüksək siyasi, dövlət və ya rəhbər vəzifələrdə olan şəxslərin istifadəsini tövsiyə etmirik.”

Çexiyanın Kiber və İnformasiya Təhlükəsizliyi üzrə Milli Agentliyi ötən gün kritik infrastruktur işçiləri və səlahiyyətlilər üçün TikTok tətbiqinin quraşdırılması və istifadəsi ilə bağlı yüksək kibertəhlükəsizlik xəbərdarlığı yayıb.

Press-relizdə qeyd edilib ki, qərar KİTMA-nin əldə etdiyi nəticələr və tərəfdaşlardan alınan məlumatlar əsasında qəbul edilib.

Bildirilib ki, “Agentlik TikTok-un istifadəsi ilə bağlı potensial təhlükəsizlik riskindən narahatdır, bu, ilk növbədə proqram tərəfindən toplanan istifadəçi məlumatlarının miqdarı, eləcə də bu məlumatların işlənmə üsulu ilə bağlıdır”.

Təhdid səviyyəsi Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi tərəfindən yüksək olaraq müəyyən edilib və buna görə də sizə TikTok-un İT sistemlərinə çıxışı olan cihazlarda quraşdırılmasını və istifadəsini qadağan etməyi tövsiyə edir.

“Biz proqramdan yüksək siyasi, dövlət və ya rəhbər vəzifələrdə olan şəxslərin istifadəsini tövsiyə etmirik”, - agentlik qeyd edib.

Orada dəqiqləşdirilir ki, TikTok-un inkişaf etdiricisi olan ByteDance Çinin hüquqi yurisdiksiyasına aiddir.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Parlamenti Avropa Komissiyası və Aİ Şurasının ardınca "TikTok" sosial şəbəkəsinin biznes cihazlarında istifadəsini qadağan edib və Avropa Parlamentinin deputatlarına proqramı telefonlarından silməyi tövsiyə edib..

Həmçinin  ABŞ- da hökumət qurumlarına Çinin “TikTok” video paylaşma proqramının rəsmi telefonlarda istifadəsinə qadağa tətbiq etmək üçün 30 gün vaxt verilib.

  “ByteDance” şirkəti isə iddiaları "yalan məlumat" adlandırır və istifadəçi məlumatlarını Çin Kommunist Partiyası ilə paylaşma fikrini rədd edir...

 

JASMİN