“Azərbaycan Hava Yolları” aviaşirkəti martin 20 və 21-də Novruz bayramı münasibətilə bir sıra məşhur istiqamətlərə 20% güzəşt təklif edir.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, təklif 2023-cü il 28 mart - 20 aprel tarixləri arasında həyata keçiriləcək gediş-gəliş reyslərinə şamil edilir.

AZAL-ın 10-dan çox məşhur marşrutu üzrə güzəştli aviabiletlər əldə etmək mümkündür. İstiqamətlər arasında: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana və Almatı.

Bu uçuşlara aviabiletləri This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək, o cümlədən kassalarda və ya aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” qarşıdan gələn Novruz bayramı münasibətilə bütün sərnişinləri təbrik edir, sevinc və parlaq anlarla dolu səyahətlər arzulayır.

TEZADLAR.AZ