Rəqəmsal Məcəllədə nələr olacaq ?

Prezidentin elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli fərmanına əsasən Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanmalıdır.

Fərmana əsasən, Nazirlər Kabineti Məcəllənin layihəsini 9 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Rəqəmsal Məcəllə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, Bu fikri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.  Bu fikri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib.  

“Hələlik görünən odur ki, bu istiqamətdə işlər ləng gedir. Adı çəkilən məcəllənin məzmunu və strukturu haqqında bilgilər yoxdur.

Bununla bağlı hökumət, RİNN tərəfindən də açıqlamalar verilməyib və müzakirələr təşkil olunmayıb.

Hazırlanması ilə bağlı hansı məsləhətçi şirkətin seçilməsi haqqında məlumatlar da açıqlanmayıb.

Düşünürəm ki, Rəqəmsal Məcəllənin hazırlanması ilə bağlı RİNN tərəfindən maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkili, təklif və rəylərin toplanması üçün müraciətlərin edilməsi doğru və faydalı olardı”, -deyə Osman Gündüz diqqətə çatdırıb.

 

Y.MƏMMƏDLİ