2023-cü ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 99,68 milyon ABŞ dolları dəyərində 7 348 ədəd avtomobil ixrac edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin Hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 910 ədəd və ya 14,13%, dəyəri isə 48,79 milyon dollar və ya 95,9% çoxdur. Belə ki, 2022-ci ilin birinci rübündə Gürcüstan Azərbaycana ümumi dəyəri 50,89 milyon dollar olmaqla 6 438 ədəd avtomobil ixrac edib.

24News.ge