Qazaxıstanda bank proqramından istifadə edərək bir sıra yerli jurnal və qəzetlərə abunə olmaq mümkünləşib.

Bu barədə QR İnformasiya və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.

İSİ naziri Darxan Kıdırəli “Qazaq Forum” onlayn məzmun yaradıcılarının forumunda bildirib ki, "Kazpost" Səhmdar Cəmiyyəti ilə informasiya sektorunun inkişafı ilə bağlı əməkdaşlıq memorandumu imzalayıblar:

“ Biz Kaspi Bank ilə də tərəfdaşlıq əlaqələri qurduq və nəşrlərə onlayn abunə haqqında razılığa gəldik. Əminik ki, belə addımlar abunəçilər üçün ən yaxşı yol olacaq və onların sıralarını artıra biləcək”, - deyə nazir bildirib.

 Hazırda isə 18 nəşrə abunə olmaq olar.

Y.MƏMMƏDLİ