Meta, Google, Apple və elektron xidmət göstərən digər xarici şirkətlər ilin əvvəlindən dörd ay ərzində Özbəkistanda 32,4 milyard sum vergi ödəyib.

Yanvar-aprel aylarında Özbəkistanda elektron xidmətlər göstərən 42 xarici şirkət 32,4 milyard sum vergi ödəyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bunu Özbəkistan Vergi Komitəsinin mətbuat xidməti xəbər verib.

 Ödənilmiş vergilərin 95%-i 10 xarici elektron xidmət şirkətinin payına düşür:

Meta (Facebook, Instagram) - 12,1 milyard sum;

Google - 9,3 milyard sum;

Apple - 6 milyard sum;

Booking.com - 1,1 milyard sum;

Netflix - 1,1 milyard sum;

Xsolla (onlayn oyunlarda ödənişlərin qəbulu) - 632,9 milyon sum;

Yandex - 363 milyon sum;

Paddle.com (rəqəmsal məhsulların satışı) - 321 milyon sum;

LinkedIn - 275,6 milyon sum;

Adobe Systems - 221 milyon sum.

 

JASMİN