"Apple” şirkəti iPhone istifadəçilərinə enerji dolduran cihazın (adapter) yanında yatmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

"Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik cərəyanı, şəxsi xəsarət və ya iPhone, yaxud digər əmlakın zədələnməsi ilə nəticələnə bilər", - şirkətin məlumatında bildirilib.

İstifadəçilərə qoşulmuş smartfona, enerji adapterinə və ya simsiz şarj cihazına toxunmamaq, onları yorğan və ya yastığın altına qoymamaq tövsiyə olunur.

Xatırladaq ki, avqust ayında istehsalçının saytında dərc edilmiş təlimatlara əsasən, onlar yaxşı havalandırılan yerlərdə saxlanılmalıdır.

 

Y.MƏMMƏDLİ