200 milyondan çox əhalisi olan Nigeriyada elektrik enerjisi kəsilib və insanlar işıqsız qalıb.

*** 

Əl-Cəzirə xəbər verir ki, bütün Nigeriyada elektrik stansiyasında baş verən yanğın səbəbindən elektrik enerjisi 10 saat kəsilib. 200 milyondan çox insan işıqsız qalıb.

Qəza 36 ştatın hamısını və Nigeriyanın paytaxtı Abucanı əhatə edib.

Ölkənin elektrik enerjisi istehsalı ilkin olaraq sıfıra düşüb, sonra isə 237 MVt-a yüksəlib, gündəlik orta hesabla 4100 MVt-dan xeyli aşağı olub.

Nigeriyanın cənub-şərqini elektrik enerjisi ilə təmin edən “Enugu” elektrik paylayıcı şirkəti hadisəni “sistemin tam çökməsi” adlandırıb.

  Daha sonra ölkənin energetika naziri bağlantıların yarıdan çoxunun işlək vəziyyətdə olduğunu, qalan hissəsinin isə “mümkün qədər tez” və tam bərpa ediləcəyini bildirib.

 The Guardian yazıb ki, sistemin dağılmasına milli elektrik şəbəkəsinə cavabdeh olan Nigeriyanın dövlətə məxsus Transmission Company of Nigeria (TCN) tərəfindən "səhv idarəçilik" səbəb olub.

 Nəşr qeyd edib ki, son 10 ildə TCN-yə 7,5 milyard dollardan çox sərmayə qoyulub, lakin sistem özəlləşdirmədən əvvəlki təcrübələrdən, korrupsiyadan, infrastruktur problemlərindən və digər çatışmazlıqlardan əziyyət çəkməkdə davam edir. 

 Əl-Cəzirə qeyd edir ki, Nigeriya əsas neft və qaz istehsalçısıdır, lakin ölkənin elektrik təchizatı qeyri-sabitdir. Ölkənin quraşdırılmış gücü 12,5 min MVt təşkil edir, lakin bu rəqəmin təxminən dörddə birini istehsal edir. Enerjinin böyük hissəsi istilik və su elektrik stansiyaları tərəfindən istehsal olunur. Və Nigeriya əhalisinin yalnız 50%-dən də azının adi elektrik enerjisinə çıxışı var.

Xatırladaq ki, Nigeriyanın elektrik şəbəkəsi ötən il azı dörd dəfə sıradan çıxıb. O zaman səlahiyyətlilər buna səbəb kimi texniki problemləri göstərmişdilər...

 İşığın 1 saat sönməsinin belə vurduğu maddi ziyanın həcmindən isə danışmağa dəyməz...

JASMİN