Son zamanlar, vətəndaşların mobil telefonlarına, daha çox məşhur mesajlaşma proqramı olan whatsapp-a aldadıcı vədlər verən mesajlar, linklər göndərilir.

Məlimdur ki, bir çox ionsan məhz bu saxta təkliflərin qurbanı olub. Bununla bağlı Daxili İşlər Nazirliyi də dəfələrlə vətəndaşlara xəbərdarlıq edib, onları diqqətli olmağa səsləyib.

TEZADLAR.AZ xəbər verir ki, DİN yenə də vətəndaşları diqqətli olmağa səsləyib:

"Sürətli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adlarından və ya loqolarından istifadə etməklə fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin. Belə saxta və imitasiyalı linklərə daxil olmayın və şəxsi və kart məlumatlarınızı paylaşmayın", - məlumatda deeyilir.