Qanunsuzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə edən qurumlardan biri də reklam agentliyidir. Bunu MCP lideri, deputat Razi Nurullayev bildirib.
O, vurğulayıb ki, Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəhbəri biznesmenlikdən qurum rəhbərliyinə gətirildiyi üçün agentliklə şəxsi şirkəti kimi davranır.
"Səbəb odur ki, rəhbər vəzifəyə biznesdən gəlib, elə bilir ki, agentlik onun firmasıdır. MMC düşüncəli məmur...
Bu barədə hökumət üzvlərinin iştirakı ilə komitə iclasında nə lazımdırsa dedim. Dedim ki, vətəndaş dövlətindən narazı qalmamalıdır. Əgər o, özbaşınalıqla məşğuldursa, mütləq vəzifədən alınmalıdır...
Bu gün Azərbaycan dövlətinin maraqları naminə dünya gücləri ilə savaşan Prezidentin yanında dayanan vətəndaşları incitmək, elə Prezidentə qarşı çıxmaq deməkdir. Çox təəssüf edirəm", - deyə deputat qeyd edib.
Xatırladaq ki, MCP qurumla bağlı tənqidi rolik də hazırlayıb.
JASMİN