Rusiya Təhlükəsizlik Şurasının informasiya təhlükəsizliyi üzrə idarələrarası komissiyasının üzvləri bildiriblər ki, xarici dövlətlərin kəşfiyyat xidmətləri son vaxtlar Rusiyanın informasiya resurslarına daha tez-tez və intensiv hücum etməyə çalışır.

“Qeyd edilir ki, hazırda xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən beynəlxalq cinayət birliklərinin iştirakı ilə Rusiyanın informasiya resurslarına kompüter hücumlarının miqyasında və intensivliyində əhəmiyyətli artım müşahidə olunur", - Təhlükəsizlik Şurasının mətbuat xidməti komissiyanın iclasının yekunlarına dair məlumat yayıb.

E.ŞİRİNOV