Moskva Sülh Məhkəməsi Rusiya Federasiyasında rusiyalı istifadəçilərin şəxsi məlumatlarını lokallaşdırmaqdan dəfələrlə imtina etdiyinə görə “Google”-u 15 milyon rubl cərimələyib.

Bu barədə bu qərarın qəbul edildiyi 422 saylı məhkəmə dairəsindən məlumat verilib.

“Məhkəmə “Google”-u Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 9-cu hissəsi (operator tərəfindən Rusiya Federasiyası vətəndaşlarının şəxsi məlumatlarının qeydə alınması, sistemləşdirilməsi, toplanması, saxlanması və ya axtarışını təkrar-təkrar təmin etməməsi) ilə təqsirli bildi və 15 milyon rubl cərimə kəsdi”, - deyə məhkəmədə bildiriblər.

Artıq ikinci dəfədir ki, “Google” bu maddə ilə cəzalandırılır.

2021-ci ilin avqustunda “Google” ilk dəfə rus istifadəçilərinin məlumatlarını lokallaşdırmaqdan imtina etdiyinə görə 3 milyon rubl cərimələnib. Bu qanun pozuntusu aradan qaldırılmadı və 2022-ci ilin iyununda məhkəmə yerliləşdirmə qanununu dəfələrlə pozmaqda təqsirli bilinərək şirkəti 15 milyon rubl cərimələdi. “Roskomnadzor”un məlumatına görə, şirkət qanunun tələblərinə yenidən məhəl qoymayıb, bundan sonra ona qarşı daha bir protokol tərtib edilib.

“Roskomnadzor”un tələbi ilə xarici xidmətlərdən 2021-ci il iyulun 1-dək Rusiya Federasiyasında rus istifadəçilərinin məlumat bazalarını lokallaşdırmaq tələb olunub.

E.ŞİRİNOV