Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai” Rusiyadakı istehsal obyektini satmaq qərarına gəlib.

  “Hyundai”nin məlumatında 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılıb və ölkədəki istehsal obyektinin satışına qərar verildiyi açıqlanıb.

  Şirkət Rusiyadakı “Hyundai Motor Production”da (HMMR LLC) bütün paylarını “Art-Finance”a satmaq planını təsdiqləyib və “Hyundai” ilə “Art-Finance” arasında müqavilənin yekun ayrıntıları üzərində çalışıldığı qeyd edilib.

  Qeyd edək ki, “Reuters” daha əvvəl elan etmişdi ki, “Hyundai” Rusiyadakı istehsal obyektini ləğv etməklə itkilərini təxminən 219,2 milyon dollar azaldacaq.