Siyahıda Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdə qərarlaşıb.

“Global Fire Power” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb.

TEZADLAR.AZ xəbər verir ki, siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb. 145 ölkənin yer aldığı siyahıda ABŞ ordusu dünyanın ən güclü ordusuna malik 1-ci ölkə olub. Reytinqin ilk onluğu aşağıdakı kimidir: 1. ABŞ 2. Rusiya 3. Çin 4. Hindistan 5. Cənubi Koreya 6. Böyük Britaniya 7. Yaponiya 8. Türkiyə 9. Pakistan 10. İtaliya.

Qonşu İran 14-cü, Misir 15-ci, İsrail 17-ci, Rusiyaya 2 ildir müharibə cəbhəsində müqavimət göstərən Ukrayna 18-ci, Almaniya 19-cu, Azərbaycan 59-cu, Gürcüstan 84-cü, Ermənistan 102-ci yerdə qərarlaşıb.

Dünyanın ən zəif orduları - Benin (141), Somali (142), Surinam (143), Moldova (144) və Butandır (145).