booked.netbooked.net booked.net  

Azərbaycan xalqı hər zaman ehtiyacı olanlara əl tutmağı, yardım etməyi sevib.

Əksəriyyəti də pirləri, ocaqları, dini məkanları ziyarət etməyi, niyyət edib - nəzir verməyi, məscidlərin qarşısında - yol kənarında yerləşdirilmiş qutulara pul salıb - savab qazanmağı özünə borc bilir.

Artıq bu nəzirləri-ianələri daha müasir formada -  tez və operativ həyata keçirmək mümkün olacaq.    

Belə ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

Məlumata görə, bu barədə  "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər.

Əlbəttə, çox təqdirəlayiq haldır, dini qurumların könüllü ianə üçün vətəndaşlara müraciətinə şərait yaradılması və bunun daha müasir tərzdə həyata keçirilməsi.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində dini qurumlar könüllü ianələr yığırlar.

Əsas odur ki, bu ianələr ehtiyacı olanlara yönəldilsin və şəffaf şəkildə də hesabatı verilsin. O zaman, vətəndaşlar bu yardımsevər müraciətlərə daha güvənli yanaşar və məmnuniyyətlə ianələr edərlər.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN