Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində "feyk" məlumatlar yayılır.

Fırıldaqçılar Trend BİA-nın bannerindən istifadə edərək vətəndaşlara Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) guya sərmayə qoya və ya iş tapa biləcəyi platformaya keçməyi təklif edirlər.

Trend BİA bildirir ki, bu məlumatların agentliyə aidiyyəti yoxdur, heç vaxt saytımızda və ya şirkətin informasiya məhsullarında yerləşdirilməyib.

Vətəndaşları diqqətli olmağa, fırıldaqçıların hiylələrinə uymamağa və lazım gəldikdə hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.

Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Diqqət! Dələduzlar müxtəlif media ( Trend, APA və s.) resurslarının saxta nümunəsini yaradaraq həmin saytlar üzərindən müxtəlif kampaniyalar, o cümlədən “SOCAR” adından istifadə etməklə müxtəlif investisiya layihələrinə qeydiyyat adı ilə şirnikləndirici fişinq hücumlarını sosial media resurslarında reklam etməyə başlamışdır.

Hər kəsi dələduzluq məqsədi ilə yayımlanan belə paylaşımlara qarşı ehtiyatlı olmağa, belə keçidlər haqda https://blacklist.gov.az domeni üzərindən məlumatlandırmanı həyata keçirərək kibergigiyenamızı birgə gücləndirməyə çağırırıq”.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA